Icma.az
close
up
RU
Neft və Sənaye Universiteti “İnterdisiplinar elm reytinqi 2025”də ilk dəfə yer alıb AZƏRTAC

Neft və Sənaye Universiteti “İnterdisiplinar elm reytinqi 2025”də ilk dəfə yer alıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)“Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar elm reytinqi 2025”də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb. THE-nin “Schimidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın 749 ən yaxşı ali məktəbinin daxil olduğu bu reytinqdə ADNSU 201-250 diapazonunda qərarlaşıb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Ümumi olaraq mümkün 100 baldan 42.6-45.4 diapazonunda bal toplayaraq Azərbaycan universitetləri arasında yüksək mövqe tutan ADNSU ən yüksək nəticəni – 100-dən 83,3 balı interdisiplinar araşdırmalara dəstək üçün infrastruktur, idarəetmə və tanınma mexanizmləri – “Proseslər” kateqoriyası üzrə qazanıb.

“İnterdisiplinar elm reytinqi 2025”də TOP 500-də Azərbaycanın 3universiteti yer alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti 201-250-ci, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb.

Reytinq üç əsas istiqaməti əhatə edir və ADNSU-nun bu istiqamətlər üzrə əldə etdiyi nəticələr aşağıdakı kimidir:

1. Resurslar: İnterdisiplinar tədqiqatlara ayrılan maliyyə və digər imkanlar. (19,2 bal)

2.Proseslər: İnterdisiplinar araşdırmalara dəstək üçün infrastruktur, idarəetmə və tanınma mexanizmləri. (83,3 bal)

3.Nəticələr: Elmi nəşrlər, sitat keyfiyyəti və qlobal nüfuz. (40,3 bal)

“Interdisciplinary Science” universitetlərin fənlərarası elmə töhfəsini ölçən və qlobal problemləri həll etmək üçün elmlərarası əməkdaşlığı qiymətləndirən ilk reytinqdir. ADNSU-nun bu reytinqdə yüksək yer tutması universitetin müxtəlif elm sahələrini birləşdirən araşdırmalar istiqamətində əldə etdiyi uğurların nəticəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri