Neft yenidən BAHALAŞDI
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın İranla bağlı son çıxışlarından sonra dünya neft bazarında ciddi bahalaşma qeydə alınıb.
Redaktor.az bu haqda "Reuters"ə istinadla məlumat verir.
Belə ki, onun Tehrana qarşı daha sərt və aqressiv addımların mümkünlüyünü vurğulaması, həmçinin regiondakı gərginliyin azalacağına dair konkret mesajların verilməməsi investorlar arasında narahatlıq yaradıb. Nəticədə "Brent" markalı neftin qiyməti təxminən 5 faiz artaraq 106,16 dollara yüksəlib.
Ekspertlər bildirirlər ki, xüsusilə Hörmüz boğazı ətrafında vəziyyətin qeyri-müəyyən qalması bazarlara birbaşa təsir edir. Çünki bu strateji marşrut dünya enerji daşımalarının əsas hissəsinin keçdiyi nöqtələrdən biridir.
Qeyd olunur ki, Tramp çıxışlarında İranın ballistik silah ehtiyatlarını sürətlə artırdığını da diqqətə çatdırıb. Bu isə regionda mümkün hərbi eskalasiya risklərini artıraraq enerji bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olub.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 Aprel 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















