Neftçala rayon İcra Hakimiyyəti başçısının sakinlərlə səyyar qəbulları yekunlaşıb
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Neftçala Rayon İcra Hakimiyyəti başçısının noyabr ayı üçün sakinlərlə səyyar qəbulları yekunlaşıb.
Vətəndaş qəbullarında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Mirhəsən Seyidov qeyd edib ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt bu gün də ölkəmizin inkişafının və təhlükəsizliyinin əsas dayağı kimi çıxış edir. Ulu Öndərin müəyyən etdiyi milli dövlətçilik fəlsəfəsi, güclü ordu quruculuğu siyasəti və prinsipial milli maraqlar konsepsiyası müasir Azərbaycanın siyasi və hərbi qüdrətinin formalaşmasında həlledici rol oynadı. RİH-in başçısı bildirib ki, Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edən, müasir dövrün tələblərinə uyğun şəkildə onları daha da inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ölkəmizi regionun ən güclü dövlətlərindən birinə çevirib. Prezident cənab İlham Əliyevin uzaqgörən liderliyi, diplomatik qətiyyəti və ordu quruculuğuna verdiyi xüsusi önəm nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi.
Bu tarixi nailiyyət Azərbaycan xalqının milli həmrəyliyinin, milli ruhunun və dövlətinə sədaqətinin parlaq təcəssümüdür. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə Ulu Öndər Heydər Əliyevin “Güclü dövlət, güclü ordu” strateji xəttinin uğurlu davamının ən böyük sübutudur.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, kənd ərazisində aptekin açılması, Nəriman Bəşirov adına Qaçaqkənd kənd tam orta məktəbinin yenidən təmir olunması, kənd ərazisindəki modul tipli su qurğularının yeni çəkilən su xəttinə birləşdirilməsi, elektrik təsərrüfatının yenilənməsi, işsizlik, suvarma suyunda yaranan çətinlik, kanalların lildən təmizlənməsi, torpaq sənədləşməsi, maddi köməklik, əlavə bulaqların quraşdırılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 28 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















