Neftçala rayonunda ailələrlə növbəti görüşlər keçirilib
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dayaq Xeyriyyə İctimai Birliyi və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 avqust 2026-cı il tarixində Neftçala rayonunda ailələrlə növbəti görüşlər keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, səfər çərçivəsində nümayəndələr 6 yeni ünvanda ailələrlə görüşüb, onların sosial vəziyyəti, sağlamlıq durumu və təhsillə bağlı məsələlər ilə tanış olub, ehtiyac və müraciətlərini dinləyiblər.
Səfər zamanı əvvəlki görüşdə müraciəti qeydə alınmış bir ailənin sağlamlıqla bağlı ehtiyaclarına dəstək göstərilib. Həmçinin digər bir ailənin evində aparılan təmir işlərinin gedişinə yerində baxış keçirilib və görülən işlərin icra vəziyyəti qiymətləndirilib.
Bu səfərlər həssas ailələri yalnız maddi baxımdan dəstəkləməklə məhdudlaşmır. Görüşlər zamanı ailələrin mövcud problemləri yerində öyrənilir, ehtiyacları müəyyənləşdirilir və mümkün dəstək istiqamətləri qiymətləndirilir.
Dayaq Xeyriyyə İctimai Birliyi və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi bölgədə ailələrlə görüşləri davam etdirməyi planlaşdırır və yeni ailələrin ehtiyaclarını qiymətləndirməyi nəzərdə tutur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 31 Avqust 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















