Icma.az
close
up
RU
Neftçalada Aprel döyüşlərinin 10 cu ildönümü qeyd olunub Fotolar

Neftçalada Aprel döyüşlərinin 10 cu ildönümü qeyd olunub Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Neftçala rayonunda 2016-cı il Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə üzvləri, ziyalılar, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Tədbirə həmçinin Qarabağ döyüşlərində xüsusi təyinatlı Kəşfiyyat taborunun keçmiş komandiri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Xətai Baxışov, Xüsusi Dövlət Mühafizə Xidmətinin “A” Xüsusi Təyinatlı Dəstəsinin keçmiş komandiri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı’ ordeni ilə təltif olunmuş Hikmət Ağayev, Aprel və Qarabağ döyüşləri  iştirakçısı, “Qarabağ veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Neftçala filialının sədri, Azərbaycan Bayrağı Ordeni Kavaleri, ehtiyatda olan polkovnik-leytenant Emin Əliyev dəvət olunublar.

Əvvəlcə Neftçala şəhəri, Həsənabad qəsəbəsi və Aşağı Qaramanlı kəndində yerləşən Şəhidlər Abidə Kompleksləri, eləcə də Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Samid İmanovun və gizir Elimdar Səfərovun məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib və dualar oxunub.

Tədbir zamanı ilk olaraq Ümummilli Lider Heydər Əliyevin,   Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Aprel döyüşləri Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və ordumuzun yüksək döyüş qabiliyyətinin bariz nümunəsidir. O vurğulayıb ki, bu Dördgünlük savaş bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, torpaqlarının azad olunması uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək. Həmin döyüşlər zamanı əldə olunan uğurlar Azərbaycan Ordusunun peşəkarlığının, müasir silahlanmasının və döyüş ruhunun göstəricisi kimi bütün dünyaya nümayiş etdirildi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Aprel döyüşlərində qazanılan uğurlar 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin ideoloji və hərbi əsasını təşkil edib. Bu şanlı 4 günlük döyüşlərdə neçə-neçə Azərbaycan Silahlı Qüvvələrinin igid hərbi qulluqçuları, o cümlədən həmyerlilərimiz- mayor Samid Gülağa oğlu İmanov və Elimdar Səlimxan oğlu Səfərov da  şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə göstərdikləri qəhrəmanlıqlara görə ölümlərindən sonra mayor Samid İmanov “Azərbaycanın Milli Qəhrəmanı”, Elimdar Səfərov isə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi. RİH-nin başçısı şəhidlərin xatirəsinin daim uca tutulduğunu, onların ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirərək, bu diqqət və qayğının hər zaman davam etdiriləcəyini qeyd edib və Allahdan bütün şəhidlərə rəhmət və qazilərə sağlamlıq diləyib.

Tədbirdə çıxış edən digər natiqlər-Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Qarabağ veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Neftçala filialının sədri, Aprel və Qarabağ döyüşləri iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Emin Əliyev, ehtiyatda olan hərbçi Mustafa Əliyev, Aprel döyüşləri iştirakçısı, ehtiyatda olan hərbçi Niyaməddin Məmmədov, Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova Aprel döyüşlərinin başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq, şücaət, qəhrəmanlıq nümunələri göstərərək düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmasından danışıblar. Aprel döyüşlərində qazanılan qələbənin uğurlu Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində, o cümlədən lokal xarakterli antiterror tədbirləri zamanı əldə etdiyimiz möhtəşəm Zəfərin başlanğıcı olduğunu vurğulayıblar. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, bu münasibət onlar üçün böyük təsəlli və qürur mənbəyidir.

Tədbir çərçivəsində Aprel döyüşləri və Vətən müharibəsini əks etdirən, ordumuzun gücünü, peşəkarlığını və xalq–ordu birliyini nümayiş etdirən videoçarx nümayiş olunub.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Aprel 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri