Neftçalada Dövlət Xidməti işçilərinin peşə bayramı qeyd olundu
Icma.az, Modern.az saytına istinadən bildirir.
Neftçala rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olunub.
Modern.az xəbər verir ki, peşə bayramı ilə əlaqədar olaraq, Neftçala şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ruhu ehtiramla yad edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin rəhbərliyi, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin əməkdaşları iştirak ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayır.
Baxış sayı:57
Bu xəbər 13 Fevral 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















