Neftçalada nikah yaşına çatmayan qızın planlaşdırılan toyunun qarşısı alınıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Oktyabrın 24-də Neftçala rayonu ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu mövzuda digər xəbərlər:Yetkinlik yaşına çatmayan 72 nəfərin abortu qeydə alınıb
13 Avqust 2025 17:28
Neftçalada toy mərasiminin qarşısı alındı
24 Oktyabr 2025 20:33
Yetkinlik yaşına çatmayan 185 şəxsin nikahına icazə verilib
21 May 2025 11:40
Evakuator sürücüsü həbs edildi Yetkinlik yaşına çatmayan qızı...
21 Dekabr 2024 22:16
Günay Ağamalı yetkinlik yaşına çatmayan uşaqlarla bağlı məsələ qaldırdı
20 Dekabr 2024 13:21
Baxış sayı:38
Bu xəbər 24 Oktyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















