Icma.az
close
up
RU
Neftçalada Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi Fotolar

Neftçalada Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin 5-ci ildönümü münasibətilə Neftçala rayonunda silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlər Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və müxtəlif dövlət qurumlarının, ictimai təşkilatların, həmçinin təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində gənclər, məktəblilər, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının iştirakı ilə idman yarışları, intellektual bilik müsabiqələri, dəyirmi masalar, maarifləndirici seminarlar, sərgilər, ədəbi-bədii kompozisiyalar, eləcə də ağacəkmə aksiyaları təşkil olunub. Tədbirlərin əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixini, Azərbaycan Ordusunun rəşadətini və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərin tarixi əhəmiyyətini gənc nəslə çatdırmaq, milli həmrəyliyi və vətənpərvərlik ruhunu gücləndirmək olub.

Silsilə tədbirlər çərçivəsində rayonun təhsil, gənclər və idman sektorlarının birgə təşkilatçılıqları ilə məktəblilər və gənclər arasında mini-futbol, voleybol, şahmat, atletika və atıcılıq üzrə rayon turnirləri, “Nə? Harada? Nə zaman?” intellektual yarışması, eləcə də müxtəlif mövzularda rəsm müsabiqələri keçirilib. Yarışlarda iştirak edən gənclərə diplom və fəxri fərmanlar təqdim olunub.

Eyni zamanda Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Xidməti, Sosial Xidmətlər Agentliyinin yerli qurumlarının, Neftçala Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgə qazılığının, Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Rayon Ağsaqqqallar Şurasının  birgə təşkilatçılıqları ilə  rayon ictimaiyyətinin müxtəlif təbəqələrini əhatə edən ziyalıların, ağsaqqalların, təhsil, mədəniyyət, səhiyyə və digər qurumların  əməkdaşlarının və kollektivlərinin, yeniyetmə və gənclərin, şəhid ailə üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Düşünülmüş strategiya, müdrik diplomatik və uğurlu iqtisadi siyasət tarixi Zəfərimizi şərtləndirdi”, “Qələbəyə aparan sağlamlıq”, “Zəfər yolu: həmrəylik və vətənpərvərlik” və “Ədalət və sülhün qorunmasında dinin önəmi”, “Sönməz Ruh və Əbədi Zəfər”, “Zəfər naminə həmrəylik” adlı dəyirmi masalar, seminarlar, ədəbi-bədii tədbirlər, təhsil müəssisələrində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı silsilə görüşlər, ağacəkmə aksiyaları təşkil olunub, tədbirlər zamanı Şanlı Qələbəmizi əks etdirən videoçarxlar nümayiş etdirilib, Azərbaycanın dövlətçilik siyasətinin və Prezident İlham Əliyevin müdrik rəhbərliyinin Zəfərin əsasını təşkil etdiyi diqqətə çatdırılıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulduğu qeyd olunub.

Rayon Mədəniyyət Mərkəzində yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsm sərgisi, Vətən müharibəsində həlak olmuş neftçalalı şəhidlərin şəxsi əşyalarından ibarət sərgi təşkil olunub, həmçinin rayonun mədəniyyət işçilərinin ifasında tamaşa hazırlanıb. 

Neftçalada keçirilən Zəfər Gününün 5-ci ildönümü həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Bu tədbirlər bir daha göstərdi ki, xalqımız bu Qələbəni qürur və fəxarət hissi ilə yad edir. Reallaşdırılan bütün layihələr və aksiyalar milli birliyi, dövlətçiliyə sədaqəti və müstəqilliyin əbədiliyini bir daha nümayiş etdirir, gənclərin milli ruhda tərbiyəsinə, sağlam həyat tərzinin və vətənpərvərlik dəyərlərinin təbliğinə mühüm töhfə verir.









Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri