Icma.az
close
up
RU
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Cəngan kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki ilk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Cəngan inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək qəsəbənin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Azərbaycanda gender bərabərliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət tərəfindən qadın və kişilərin hüquq və imkan bərabərliyinin təmin edilməsi məqsədilə müvafiq qanunvericilik bazası formalaşdırılıb. Bu istiqamətdə qəbul edilən normativ-hüquqi aktlar gender ayrı-seçkiliyinin qarşısının alınmasına və cəmiyyətin bütün sahələrində bərabər iştirakın təmin edilməsinə xidmət edir. Gender siyasətinin həyata keçirilməsi sahəsində aidiyyəti dövlət orqanları, xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ardıcıl tədbirlər görülür. Təhsil, səhiyyə, məşğulluq və ictimai-siyasi sahələrdə qadınların rolunun artırılması və onların qərar qəbuletmə proseslərində iştirakının genişləndirilməsi prioritet istiqamətlərdəndir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qadın siyasəti bu gün də uğurla davam etdirilir. Ulu Öndər ölkənin ictimai-siyasi həyatında qadınların fəal iştirakını daim dəstəkləyib, onların hüquqlarının qorunmasını və cəmiyyətdə layiqli yer tutmalarını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onun təşəbbüsü ilə qadınların dövlət idarəçiliyində təmsilçiliyinin artırılması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər siyasətinin uğurlu davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu siyasət müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir. Dövlət başçısı gender bərabərliyinin təmin olunmasını ölkənin davamlı inkişaf strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir. Bu sahədə qəbul edilən qanunvericilik aktları, dövlət proqramları və institusional islahatlar qadınların hüquqlarının genişləndirilməsinə, onların iqtisadi və ictimai fəallığının artırılmasına mühüm töhfə verir.

RİH-in başçısı bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da gender bərabərliyinin təşviqi istiqamətində mühüm fəaliyyət göstərir. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələr qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə, onların hüquqlarının müdafiəsinə və sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Mehriban xanım Əliyevanın fəaliyyəti qadınların potensialının reallaşdırılması və onların ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gender bərabərliyinin təmin olunması sahəsində beynəlxalq öhdəliklərə sadiq qalaraq müasir və inklüziv cəmiyyət quruculuğunu uğurla davam etdirir. Dövlət tərəfindən həyata keçirilən siyasət qadın və kişilər üçün bərabər imkanların yaradılmasına, sosial ədalətin möhkəmləndirilməsinə və davamlı inkişafın təmin olunmasına xidmət edir.

RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, evinin sənədləşməsinə köməklik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri