Icma.az
close
up
RU
Neftçalanın icra başçısı yüksək bal toplayan məzunlarla görüşüb

Neftçalanın icra başçısı yüksək bal toplayan məzunlarla görüşüb

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2024-2025-ci tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunları,  onların valideynlərini   təbrik edib, onlara öz tövsiyələrini çatdırıb. Həmçinin, bu uğurun qazanılmasında əməyi olan bütün müəllimlərə öz təşəkkürünü bildirib.

İcra Hakimiyyətinin başçısı bu uğurların davamlı olacağına inamını ifadə edərək tələbə adını qazanan hər bir gəncə təhsil yolunda müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, rayon rəhbərliyi hər zaman gənclərin bilik qazanmasına, onların ali məktəblərə hazırlanmasına və ölkənin intellektual potensialının formalaşmasına dəstək göstərməkdə davam edəcəkdir.

RİH-in başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın Ölkə təhsilinə göstərdiyi diqqət və qayğısından, bu qayğının nəticəsi olaraq rayonun ümumtəhsil məktəblərində aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verib.

Məlumat üçün bildiririk ki, 2024-2025-ci tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 14 nəfər məzunu müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Həmin şagirdlərdən iki nəfəri – Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əlili Müşfiq Aqil oğlu və Neftçala rayonu S.Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin  məzunu Əliyev Mirağa İxtiyar oğlu blok imtahanında maksimum (400 bal) nəticə göstəriblər. Eyni zamanda qeyd edək ki, Əlili Müşfiq Aqil oğlu qəbul imtahanlarında I ixtisas qrupunda Respublika üzrə 698,3 balla ən yüksək nəticə göstərib.

2024-2025-ci tədris ilində XI sinfi bitirən şagirdlərdən 3 nəfəri - Neftçala şəhəri Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Məmmədzadə Nurlanə Nurlan qızı, Neftçala rayonu Xıllı qəsəbəsi Faruq Quliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi İmanlı Ramilə Rəhim qızı və Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Quluzadə Nəzrin Nail qızı təhsilini xüsusi nailiyyətlərlə başa vurduqları üçün qızıl medalla təltif olunublar.

Yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlər Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Neftçala RİH-i tərəfindən 2024-2025-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq nəticələr göstərən abituriyentlər Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunub və xatirə hədiyyələri təqdim edilib.

Görüşün sonunda yüksən nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə xatirə şəkili çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyul 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri