Neftçalanın otlaq problemləri müzakirə olunub
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Millət vəkili Tənzilə Rüstəmxanlı Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalovla görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüş zamanı Neftçala rayonunda kənd təsərrüfatı sahəsində mövcud olan problemlər, o cümlədən agrosistem, örüş və otlaq sahələrinin vəziyyəti ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tərəflər örüş və otlaq sahələrinin səmərəli istifadəsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin dəstəklənməsi, torpaqdan istifadədə yaranan çətinliklərin aradan qaldırılması və rayonda kənd təsərrüfatı infrastrukturunun gücləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin, mövcud problemlərin həlli və dayanıqlı inkişafın təmin olunması üçün praktiki addımların atılmasının vacibliyi vurğulanıb.
Görüşün sonunda millət vəkili nazirliyin rəhbərliyinə seçicilərinin probleminə həssas yanaşdığı üçün təşəkkür edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Parlamentdə Neftçalanın problemləri qaldırıldı: Tənzilə Rüstəmxanlıdan yol, su və işıqla bağlı TƏKLİFLƏR
02 Dekabr 2025 20:06
Sabah Neftçalanın bu kəndində qaz kəsiləcək
22 May 2025 17:32
Neftçalanın icra başçısı səyyar görüşdə Fotolar
15 Noyabr 2024 13:42
Neftçalanın icra başçısı səyyar görüş keçirdi
15 Noyabr 2024 13:38
Neftçalanın icra başçısı səyyar görüş keçirib
15 Noyabr 2024 13:43
Baxış sayı:62
Bu xəbər 07 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















