Neftçi axır ki, istəyinə çatdı: Millinin qapıçısı gəlir SON DƏQİQƏ
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, “ağ-qaralar” uzun müddətdir danışıq apardığı qapıçı ilə razılıq əldə edib.
Bu, ötən mövsüm Super Liqa təmsilçisi “Antalyaspor”un şərəfini qorumuş, Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriçdir.
Türkiyəli həmkarımızın saytımıza verdiyi məlumata görə, Kenanla qardaş ölkə klubları yaxından maraqlanır.
Lakin o, “Neftçi”nin şərtlərinin daha sərfəli və iddiaların yüksək olduğunu bildirərək Azərbaycana üz tutmağa qərar verdiyini deyib.
Piriç bu gün, uzağı sabah hazırda Polşada toplanışda olan kollektivə qoşulacaq.
“Ağ-qaralar” yay fasiləsində Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabala (son klubu "Dorados") və Kristian Kostinlə (son klubu “Dinamo” Buxarest, Rumıniya) güclənib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















