“Neftçi” azarkeşini yanında görmək istəyir: bir bilet al, iki oyuna bax!
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Misli premyer-liqasının 12-ci turu çərçivəsində noyabrın 23-ü, saat 17.30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “İmişli” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3, 5, 7, 25 və 30 manat təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Qeyd edək ki, bu biletlərlə 15-ci tur çərçivəsində dekabrda “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçına da giriş etmək mümkün olacaq. Yəni "Neftçi" azarkeşləri bir bilet almaqla komandanın bu il keçirəcəyi son iki ev oyunumuzu tribunadan izləyə biləcəklər. Bu qayda yalnız onlayn alınan biletlər üçün keçərlidi. Stadionum kassasında isə “İmişli” ilə matç üçün biletlər oyun günü saat 11.00-dan etibarən satışda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 21 Noyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















