Icma.az
close
up
RU
Neftçi daha 5 il çempion ola bilməyəcək Süni intellektdən Premyer Liqa təxmini

Neftçi daha 5 il çempion ola bilməyəcək Süni intellektdən Premyer Liqa təxmini

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün startına bir aydan az müddət qalır.

Növbəti mövsüm uzun müddətdən sonra liqada 12 komanda çıxış edəcək. Avqustun 15-də start götürəcək çempionatın püşkü iyulun 18-də atılacaq.

Premyer Liqanın son mövsümlərinə nəzər salsaq, "Qarabağ"ın aşkar dominantlığını görmək mümkündür. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv son 4 mövsüm ardıcıl, son 12 mövsümdə isə 11 dəfə titulu başı üzərinə qaldırıb. "Köhlən atlar" yalnız 2020/2021 mövsümündə ikinci olub. Həmin il Premyer Liqanın digər titullu komandası "Neftçi" çempion olmağı bacarıb. Bəs görəsən, növbəti illərdə çempion dəyişəcəkmi?

İdman.biz xəbər verir ki, Teleqraf bununla bağlı "ChatGPT" süni intellektinə sorğu göndərib.

Süni intellekt "Qarabağ"ın növbəti illərdə də dominantıq edəcəyini bildirib. "Köhlən atlar"ın güclü heyəti və avrokubok tərcübəsi onları rəqibləri üçün əlçatmaz edir. 2025/2026 və 2026/2027 mövsümlərini qalib bitirəcək komanda sonrakı illərdə eniş yaşayacaq. Komandada nəsildəyişmə prosesi ağır keçəcək.

Heyətinə güclü ispaniyalı, serbiyalı və gürcüstanlı legionerlər transfer edən "Sabah" komandası isə "Qarabağ"ın düşüşündən istifadə edərək 2027/2028 mövsümündə tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının qalibi olacaq. Süni intellektin dediyinə görə, Masazır təmsilçisini çempionluğa gənc ispaniyalı baş məşqçi aparacaq. Maraqlı olan isə odur ki, hazırda "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın köməkçilərindən biri 32 yaşlı ispaniyalı Kristian Sebalyosdur. O, 2021 - 2024-cü illərdə "Sabah"ın futbolçusu olub.

2028/2029 mövsümündə "Qarabağ"ın yenidən zirvəyə dönəcəyi gözlənilir.

Süni intellektə görə, "Neftçi" azarkeşləri çempionluğu 2029/2030 mövsümünə qədər gözləməli olacaq. "Ağ-qaralar" həmin il azarkeşlərin sevdiyi baş məşqçinin dönüşü ilə çempionluq kubokunu başı üzərinə qaldıracaq. Baş məşqçinin köməkçilərindən biri isə hazırda komandanın kapitanı Emin Mahmudov olacaq.

"Qarabağ" 2030/2031 mövsümündə yenidən çempion olacaq.

Növbəti ildə isə Azərbaycan Premyer Liqası tarixində yeni çempion olacaq. "Zirə" komandası etdiyi uğurlu transferlərdən sonra mövsümü birinci pillədə bitirəcək. "Qartallar" mövsüm ərzində ən az qol buraxan komanda olacaq. Bu isə komandada çıxış edən Gürcüstan millisinin əsas qapıçısının sayəsində baş tutacaq.

2032/2033-də "Qarabağ" yenidən çempionluq kubokuna yiyələnəcək. Komandanın təcrübəsi son turlarda çempionluq üçün əsas rol oynayacaq.

2033/2034 mövsümündə "Sabah" tarixində ikinci dəfə APL titulunu Masazıra aparacaq. Çempionluqdan sonra isə komandanın yetirmələri İsveçrə və Çexiya klublarına transfer olunacaq.

"Qarabağ" 2034/2035-də daha bir çempionluğunu bayram edəcək. Bu, bir mövsüm öncə komandanın sükanı arxasında gətirilən polşalı baş məşqçinin sayəsində olacaq.

Beləliklə, "ChatGPT" süni intellektinə görə, növbəti 10 mövsümdə "Qarabağ" 6, "Sabah" 2, "Neftçi" ilə "Zirə" isə bir dəfə Azərbaycan Premyer Liqasının qalibi olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri