“Neftçi” daha bir legionerin transferini bitirdi SON DƏQİQƏ
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Neftçi”nin növbəti transfer həmləsi müsbət həllini tapıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Samir Abasov israrla sərəncamında görmək istədiyi futbolçu ilə hərtərəfli razılıq əldə olunub. Söhbət “Sumqayıt”dakı çıxışları ilə yadda qalan Cordan Rezabaladan gedir.
“Ağ-qaralar” Ekvadordan olan vingeri qış fasiləsində heyətə cəlb etmək istəsə də, bu, mümkün olmamışdı. Xeyli vaxtdır gedən danışıqların sona çatdığını deyə bilərik. Rezabala Azərbaycana qayıtmağa və “Neftçi”nin formasını geyinməyə razılıq verib. Klub növbəti həftə bu transferin anonsunu verəcək.
2024-cü ilin yanvarından 2025-ci ilin ikinci ayına qədər “Sumqayıt”ın şərəfini qorumuş 25 yaşlı futbolçu 30 oyunda 5 qol və 4 qol ötürməsi ilə yadda qalıb. (Sportinfo.az)
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 İyun 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















