Icma.az
close
up
RU
Neftçi dən Qarabağ a ağır zərbə: İki futbolçunu əlindən aldı FOTOLAR

Neftçi dən Qarabağ a ağır zərbə: İki futbolçunu əlindən aldı FOTOLAR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klublar qış transfer pəncərələrindəki fəaliyyətlərini başa vurmamış “Neftçi” yayın hazırlıqlarına başlayıb. Cari mövsümdə uğur qazanmaq üçün ümidini ölkə kubokuna bağlayan “ağ-qaralar” artıq yeni futbol ili ilə bağlı planlar qurur.
Demokrat.az Publika.az-a istinadən xəbər verir ki,  Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlə bağlanan sponsor anlaşması ilə maliyyə dayaqlarını 10 milyon manatdan çox gücləndirən paytaxt klubu yay transfer pəncərəsi ilə bağlı indidən hərəkətə keçib. Belə ki, “Neftçi” rəhbərliyi 2 futbolçu ilə anlaşıb. Söhbət boliviyalı Boris Kespedes və əlcəzairli Məhəmməd Belkheyrdən gedir.
Foto: Məhəmməd Belkheyr

Əslində bakılılar qış transfer pəncərəsində onları transfer etmək istəyib. “Ağ-qaralar”la yanaşı “Qarabağ” da hər iki futbolçunun xidmətində maraqlı olub. Lakin onların klubları müqavilələrinin sonuna 6 ay qalmasına rəğmən Azərbaycan təmsilçilərindən yüksək məbləğ tələb ediblər. Buna görə də transferlər reallaşmayıb.
Foto: Boris Kespedes

Ağdam klubu hər iki futbolçunun yayda azad agent olmasını gözləməyə qərar versə də, “Neftçi” dinc dayanmayıb. Həm Kespedesin, həm də Belkheyrin müqavilələrinin sonuna 6 aydan az vaxt qaldığından paytaxt təmsilçisinin nümayəndələri futbolçuların menecerləri ilə birbaşa danışıqlar aparıb və razılıq əldə olunub. Hər iki futbolçu iyulda “Neftçi”nın sıralarına qoşulacaq.

Dayaq yarımmüdafiəçisi Boris Kespedes hazırda İsveçrə Superliqasında mübarizə aparan “Yverdon Sport”da çıxış edir. O, 2023-cü ildən bu klubun şərəfini qoruyur. 29 yaşlı futbolçu iki mövsüm ərzində 55 oyunda 12 qol vurub və 1 assist edib. Boris Boliviyadan olsa da, futbolçu karyerası İsveçrədən ibarətdir. Karyerası ərzində “Yverdon Sport”dan başqa “Servet”də çıxış edib. İsveçrənin aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış etsə də, seçimni Boliviyadan yana edib və millidə 19 oyunda 1 qol vurmağı bacarıb.

Hücumçu Məhəmməd Belkheyr isə icarə əsasında Belçikanın ikinci liqa təmsilçisi “Luvir”də çıxış edir. O, müqavilə ilə Niderlandın “Fortuna Sittard” klubuna məxsusdur. 26 yaşlı forvard cari mövsümdə 22 oyunda 12 qol vurub və 2 assist edib. Karyersı ərzində Əlcəzairin aşağı yaş qrupları üzrə bütün milli komandalarında forma geyinib. O, İtaliya klublarının aşağı yaş qrupları üzrə komandalarında - “Verona”, “İnter” və “Breşiya”da çıxıb edib. Portuqaliyanın “Sanjoanense”, “Leyşonş”, “Vilafranquense” klublarında top qovduqdan sonra Niderlanda - “Fortuna Sittard”a üz tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri