Neftçi Ermənistan klubunun istədiyi futbolçunu transfer edəcək
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Neftçi" diqqətini Kipr bazarına yönəldib. Bakılılar bu ölkədən iki futbolçu ilə maraqlanırlar.
Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, "Neftçi" "Apollon"un oyunçusu Sessi D Almeydaya elçi düşüb. İngiltərə, Portuqaliya və Fransa klublarında çıxış etmiş 29 yaşlı Almeyda Limassol klubuna ötən yay keçib.
Bakı klubu artıq ona təklif göndərib. Tərəflər arasında ilkin razılaşma olduğu bildirilir. "Apollon"la bir illik müqaviləsi qalan Sessinin transfer dəyəri yarım milyon avrodur.
Beninli oyunçunun transferində Ermənistanın "Noah" klubu da maraqlıdır. Lakin onun Azərbaycana gəlməyə daha isti yanaşdığı bildirilir.
Əlavə edək ki, "Neftçi" "Apollon"un daha bir futbolçusu ilə maraqlanır. Həmin futbolçu kiprlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















