“Neftçi” Freddi Varqası UEFA siyahısına salmadı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq “Neftçi” bu gün UEFA-ya iştirak ərizəsini təqdim edəcək.
İdman.Biz teleqraf-a istinadən xəbər verir ki, siyahıda iki legionerin adı yer almayacaq.
Bildirilib ki, “Neftçi”yə transferi gözlənilən, İsrailin “Makkabi” klubuna məxsus futbolçu Freddi Varqas iştirak ərizəsinə daxil edilməyəcək.
Məlumat üçün bildirək ki, “ağ-qaralar”la 27 yaşlı venesuelalı vingerin transferi ilə bağlı artıq prinsipial razılıq əldə olunub. İsrail klubu futbolçunun Azərbaycanda çıxış etmək istəyini nəzərə alaraq, transfer üçün ilkin olaraq tələb etdiyi 900 min avroluq (1.8 milyon AZN) məbləğdə müəyyən endirimə razılaşıb.
Lakin Varqas komanda ilə hazırlıq keçmədiyi üçün baş məşqçi Yuri Vernidub onun xidmətindən bu mərhələdə yararlanmağı məqsədəuyğun hesab etməyib. Futbolçunun iyulun 19-u və ya 20-də Bakıya gələcəyi gözlənilir.
Onunla yanaşı, zədəsi davam edən lüksemburqlu hücumçu Alessio Kurçinin də adı iştirak ərizəsində yer almayacaq.
Xatırladaq ki, “Neftçi” iştirak ərizəsini bu gün saat 23:59-dək UEFA-ya təqdim etməlidir.
Paytaxt təmsilçisi “Dinamo” (Minsk) ilə ilk oyununu iyulun 23-də Bakıda keçirəcək.
Cavab görüşü isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 17 İyul 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















