Neftçi ilə oyunda qol vurmaq, məhsuldar ötürmə etmək istəyirəm
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kəpəz" Misli Premyer Liqasının 9-cu turunda Qəbələ şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə uduzub.
Gəncə təmsilçisinin yarımmüdafiəçisi Rionosuke Ohori matçdan sonra Sportal.az saytına açıqlama verib. Yaponiyalı futbolçu qapıçı Məmməd Hüseynovun qırmızı vərəqə gördüyü epizodu şərh edib:
"Oyuna normal başlamışdıq, amma aldığımız qırmızı vərəqə bütün situasiyanı dəyişdi. Bundan sonra geridönüş edə bilmədik və qapımızda qollar gördük. Orda oyundan kənar vəziyyət var idisə, qırmızı vərəqə verilməməli idi. Vəziyyəti biz də tam olaraq anlaya bilmədik. Hakimdən soruşduqda isə bizə cavab vermədi.
Ohori növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyun barədə də fikirlərini bildirib. Müqavilə ilə "ağ-qaralar"a məxsus olan 24 yaşlı oyunçu həmin matçın onun üçün xüsusi əhəmiyyətinin olduğunu deyib:
"Bu qarşılaşmanın mənim üçün xüsusi əhəmiyyəti olacaq. "Neftçi"dən ayrılmışam. Hazırda "Kəpəz"in formasını geyinirəm. Bu qarşılaşmada qol vurmaq, məhsuldar ötürmə etmək istəyirəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi
Baxış sayı:80
Bu xəbər 25 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















