Icma.az
close
up
RU
“Neftçi” mövsümə xal itkisiylə başladı

“Neftçi” mövsümə xal itkisiylə başladı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Neftçi (Bakı) – Şamaxı 1:1 (1:1)
13. Kənan Piriç – 5,5
17. Murad Xaçayev – 6,0
5. İqor Ribeyro – 6,0
15. Elvin Bədəlov – 5,5
(77. Falaye Sako, 72) – 5,0
27. Kristian Kostin – 5,0
(7. Emil Səfərov, 64) – 5,0
6. Sessi D’Almeyda – 6,0
(19. Ağadadaş Salyanski, 88) – qiyməsiz
24. Mustafa Sek – 5,5
(22. Luis Ortis, 64) – 5,0
8. Emin Mahmudov (k) – 6,5
23. Cordan Rezabala – 5,5
28. Alessio Kurçi – 5,0
(10. Freddi Varqas, 64) – 5,0
9. Bassala Sambu – 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
81. Məhdi Həsənov
4. Elvin Camalov
47. Murad Məmmədov
36. Həsən Mahmudov
11. İmad Faraj
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emin Mahmudov
1. Rikardo Fernandes – 6,5
82. Rüfət Abbasov – 6,0
3. Vladislav Veremeyev – 5,5
44. David Santos – 6,0
4. Sezar Enrike – 6,0
17. Rafael Məhərrəmli (k) – 6,0
13. Rikardo Apolinario – 5,5
(27. Emil Süleymanov, 84) – qiymətsiz
10. Andrey Tırkovyanu – 5,0
(7. Edqar Adilxanov, 46) – 5,0
8. Alfons Msanqa – 6,0
(97. Oruc Məmmədov, 90+2) – qiymətsiz
11. Dioqo Balau – 5,5
(19. Abdullahi Şuaybu, 80) – qiymətsiz
9. Karim Rossi – 7,0
(5. Arsen Ağcabəyov, 80) – qiymətsiz
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
21. Bilal İsmayılov
14. Ravil Qafarov
24. Sənan Muradlı
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Karim Rossi
Qollar: K.Rossi, 23 (0:1). E.Mahmudov, 45+2-p. (1:1).
Vərəqələr: R.Apolinario, 19 (qeyri-idman hərəkəti). K.Kostin, 22 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
16 avqust. Bakı. “Neftçi Arena”. 2700 tamaşaçı (10289 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bəli, “Neftçi” ölkənin ən köklü klubu olduğu kimi, azarkeşləri də ona sadiqdi. “Neftçi Arena”ya çoxdan bəri bu qədər tərəfdar toplaşmamışdı. Maraq üçün xatırladaq ki, bu stadiona 2700-dən çox tamaşaçı sonuncu dəfə ötən mövsüm 23-cü tur çərçivəsində “Qarabağ”la Azərbaycan derbisində qeydə alınıb (9355). Ümumiyyətlə, ötən “futbol ili”ndə “Neftçi Arena” cəmi 4 premyer-liqa matçında 2700-dən çox futbolsevəri qəbul edib.

Əlbəttə, məsələni boş yerə bu qədər qabartmırıq. Sözümüzün canı odu ki, “ağ-qaralar”ın tərəfdarları bu dəfə komandaya daha çox güvənir. Samir Abasov və formalaşdırdığı kollektiv xüsusilə son iki mövsümdə ciddi uğurlara həsrət qalan azarkeşlər üçün ümid çırağıdı. Təbii ki, bu matçda əsas məqsəd ilk oyunda qələbə qazanmaqla tərəfdarların ürəyinə su səpmək idi. Ancaq “Neftçi” nə qədər əlləşib-vuruşsa da, qələbə qolunu vura bilmədi. Fürsətlər hələ ilk dəqiqələrdən sağa-sola xərcləndi. Dəqiq desək, 4-cü dəqiqədə Sambu Sekin qapı önünə ötürdüyü topu başla tora qovuşdurmaq istəyini reallaşdıra bilmədi. İngiltərəli forvardın hesabı 7-ci dəqiqədə açmaq arzusu da ürəyində qaldı. Bir qədər sonra Kostin komanda yoldaşının səhvini təkrarladı – qeyri-dəqiq oynadı. 19-cu dəqiqədə Sambunun daha bir fürsəti bnoşa verdiyinə şahidlik etdik. O, təcrübəsinə və səviyyəsinə yaraşmayan zərbə üzündən yüzfaizlik imkanını puç etdi. Halbuki həmin anda Fernandes də yerində deyildi!
Hesab 22-ci dəqiqədə açıldı. Hər şey Kostinin qapıçıyla üzbəüz qalan Balaunu kobud müdaxiləylə yerə sərməsiylə başladı. Cərimə meydançasının həndəvərində yol verilən qayda pozuntusu “Şamaxı”ya cərimə zərbəsi qazandırdı ki, topun arxasına keçən Rossi “kürə”ni uzaq küncə sancdı. Əlbəttə, burda Piriçin kobud səhvini də qeyd etməliyik. Axı bosniyalı qolkiper, demək olar ki, üzərinə gələn topu qarşılaya bilmədi. Həvəslənən qonaqların növbəti hücumlarının qaçılmaz olduğu gün kimi aydın idi. Odu ki, fərqi artırmaq məqsədiylə önə atılan “şirlər”in rəqibə təhlükəli anlar yaşatması sürpriz olmadı. Sadəcə, “Neftçi”nin bəxti gətirdi ki, Apolinarionun zərbəsi dirəkdən qayıtdı. “Ağ-qaralar” hissənin sonunda hesabı bərabərləşdirdi. 43-cü dəqiqədə Santos Eminin cərimə meydançasının daxilindən “çərçivə”ni nişan almaq cəhdinə əliylə qarşı çıxdı. Buna görə təyin olunan penaltini dəqiq yerinə yetirən köhnə-yeni kapitan komandasının fasiləyə “sülh”lə yollanmasını təmin etdi.
İkinci yarıda ilk təhlükəli vəziyyətləri “Şamaxı” yaratdı. Daha dəqiqi, Rossi 55 və 58-ci dəqiqələrdə dubl etmək imkanını əldən verdi. Birinci cəhddə qeydi-dəqiq olan isveçrəli ikincidə Piriçə uduzdu. Bir qədər sonra Msanqa da bəxtini sınayanlar sırasına qoşuldu ki, qolkiperlə bacarmadı. “Neftçi”nin özünü yaxşı tərəfdən göstərdiyi epizod isə 69-cu dəqiqədə təsadüf etdi. Rezabala dirəyi “nişan aldısa”, 79-cu dəqiqədə qeyri-dəqiq oldu. “Ağ-qaralar”ın növbəti hücumunu Fernandes zərərsizləşdirdi – mövqeyini tərk edərək Sambunun çatmaq istədiyi topu uzaqlaşdırdı. Portuqaliyalının 90+4cü dəqiqədə Ortisin də zərbəsini dəf etməsi hesabın son ana qədər dəyişməməsiylə nəticələndi. Beləliklə, “Neftçi” mövsümə xal itkisiylə başladı. Bəs “Şamaxı”? Heç şübhəsiz, bir xal “şirlər” üçün qələbə dəyərindədi.
Gözdən qaçmadı
// Fasilədə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümər uzun illər komandanın həkimi vəzifəsində çalışmış Boris Xetaqurova 85, veteran futbolçusu Arif Əsədova isə 55 illik yubeleyi münasibəti ilə təbriklərini çatdırdı və xatirə hədiyyəsi təqdim etdi.
// Ayxan Abbasov 60-cı dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.
// “Neftçi”nin “Forza Neftçi” və Bakıda yaşayan azarkeşləri tərəfindən dəstəklənməsi öz yerində, “Şamaxı” da tək deyildi. “Şirlər”i 7 tərəfdar dəstəkləyirdi. Oyundan sonra qonaqlar heç-heçəni məhz onlarla qeyd etdi. “Forza Neftçi” isə meydan sahiblərinə dəstəyini nümayiş etdirdi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Avqust 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri