Neftçi nin Abubakar sevdası baş tutmadı EKSKLÜZİV
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kamerun millisinin hücumçusu Vensan Abubakarın "Neftçi"yə keçidi baş tutmayacaq. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Buna 33 yaşlı hücumçunun çox maaş tələb etməsi mane olub.
Beləliklə, tərəflər arasındakı danışıqlar dayandırılıb.
"Neftçi" ötən aydan Abubakarla danışıqlar aparıb.
Qeyd edək ki, "Portu", "Beşiktaş", "Loryan" və "Əl-Nəsr" klublarında çıxış etmiş Abubakarın son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.

Neftçi Abubakar transferini bitirir SON DƏQİQƏ
25 Sentyabr 2025 20:59
Abubakar “Neftçi”yə gələr bilər, amma...
11 Oktyabr 2025 14:59
“Neftçi” azarkeşləri Abubakar üçün hərəkətə keçdi FOTO
24 Sentyabr 2025 12:38
Abubakar “Neftçi”yə gəlir? Klub rəsmisi açıqladı
03 Oktyabr 2025 18:25
Vensan Abubakar Neftçi ilə razılığa gəldimi? SON DURUM
02 Oktyabr 2025 17:17

