Neftçi nin baş məşqçisi: Hansı komanda daha az səhv etsəydi, qalib gələcəkdi”
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarşılama göstərdi ki, istənilən komandaya qarşı oynaya bilərik". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan çempionatında "Sabah"la keçirilən oyunu dəyərləndirərkən deyib.
O bildirib ki, basketbolçular müdafiədə və hücumda çox yaxşı performans göstəriblər: "Bəzi səhvlərimiz oldu, bu da normaldır. Bizim şansımız var idi ki, oyunda qalib gələk, ancaq alınmadı. Çox çətin qarşılaşma oldu. Ümumiyyətlə, bu səhvlər oyunu idi və hansı komanda daha az səhv etsəydi, qalib gələcəkdi".
Mütəxəssisin sözlərinə görə, bundan sonra səhvlər üzərində daha diqqətli işləyəcək: "Məşqlərdə daha çox çalışmalı və oyunumuzu təkmilləşdirməliyik".
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən matçda "Sabah" "Neftçi"ni 75:65 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















