Neftçi nin futbolçuları üçün seminar keçirildi FOTOLAR
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Baku Climate Action Week 2026” çərçivəsində iqlim fəaliyyəti, ətraf mühitin qorunması və dayanıqlı futbol mövzusunda maarifləndirici seminar təşkil olunub.
Sportal.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində keçirilən tədbirdə “Neftçi” PFK-nın 16 yaşadək futbolçulardan ibarət komandasının üzvləri iştirak ediblər.
Seminarda iqlim dəyişikliyi və futbol, futbolun ətraf mühitə təsiri, gənc futbolçular üçün dayanıqlı həyat tərzi, su və enerjidən səmərəli istifadə, plastik və tullantıların azaldılması və təkrar emalı, futbol səfərlərində ekoloji məsuliyyət, eləcə də akademiyada dayanıqlı futbol mühitinin formalaşdırılması kimi mövzular müzakirə olunub.
Tədbirin əsas məqsədi gənc futbolçuların iqlim dəyişikliyi və dayanıqlılıq məsələləri üzrə maarifləndirilməsi, gündəlik həyatlarında və futbol fəaliyyətlərində tətbiq edə biləcəkləri ekoloji davranışların təşviq edilməsidir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 Sentyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















