Neftçi nin futbolçusu cərrah bıçağı altına yatacaq FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Neftçi"nin futbolçusu Emil Səfərov əməliyyat olunacaq.
Bu barədə Milli.Az-a paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.
"Emil hazırda məşqlərdə iştirak etmir. Əməliyyat gözlənilir. Amma dəqiq vaxt hələlik bəlli deyil", - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Şamaxı"ya qarşı keçirdikləri Misli Premyer Liqasının XXIX turunun oyununda sıradan çıxıb. 20-ci dəqiqədə əvəzlənən yarımmüdafiəçinin çiynində problem aşkarlanıb.
Milli.Az


