Neftçi nin müdafiə xəttinə lider lazımdır, Qvardiolanı da gətirsələr, vəziyyət çətin görünür
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İmişli” ilə oyunu izlədim, “Neftçi”nin buraxdığı qollara baxdım. Nə deyim... “Neftçi”nin daha aqressiv mərkəz müdafiəçilərinə ehtiyacı var. Uşaq kimi qollar buraxdılar, komandanın səsi yox idi. Təəssüf “Neftçi”nin müdafiə xəttinə lider lazımdır.”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”də 5 ilə yaxın futbol oynamış Erik Fabian Ramos deyib.
O, “Neftçi” rəhbərliyinin Samir Abasovu istefaya göndərməsinə də münasibət bildirib:
“Bəli, Samir Abasovla yolların ayrıldığını da gördüm. Baş məşqçi hər zaman günahkar hesab edilir. “Neftçi” indi Xosep Qvardiolanı da gətirsə, uduzacaqlar. Çünki ümumi vəziyyət çətindir. Amma ümid edirəm ki, “Neftçi”də nəticələr daha yaxşı olacaq, komanda istədiyi yerlərə yüksələ biləcək”.
Ramos “Neftçi”nin formasını geyinən həmyerlisi, Luiz Ortiz barədə isə qısa danışıb: “Ortiz haqda hər zaman pozitiv fikirdəyəm. Amma təəssüf ki, “Neftçi”də az-az oynayır. Ona görə də, onun “Neftçi”dəki performansına qiymət vermək çətindir”.
Mirbağırağa
saytlarin hazirlanmasi
Baxış sayı:29
Bu xəbər 27 Noyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















