Icma.az
close
up
RU
Neftçi nin Şamaxı ilə oyununda son saniyədə təyin olunan penalti... AFFA dan açıqlama

Neftçi nin Şamaxı ilə oyununda son saniyədə təyin olunan penalti... AFFA dan açıqlama

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) son günlər hakim qərarları ilə bağlı yaranmış müzakirələrə münasibət bildirib.

Mia.az xəbər verir ki, ölkə futbolunun ali idarəedici orqanı fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir.

Bildirilib ki, AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır. Son dövrlərdə Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılan islahatların da məhz bu prinsiplərin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurlarının beynəlxalq təlimatlara uyğun icra olunduğu, proseslərin institusional əsaslarla daha da təkmilləşdirildiyi diqqətə çatdırılıb.

Açıqlamada o da xatırladılıb ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün üç dəfə rəsmi müraciət etmək hüququna malikdir. Qurum bu mexanizmin şəffaflığın artırılmasına və sualların institusional qaydada cavablandırılmasına xidmət etdiyini bildirib.

AFFA bəyan edib ki, son günlər "Neftçi" PFK tərəfindən Misli Premyer Liqasının 2025/2026 mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılıb. Yaranmış vəziyyətdə spekulyativ məlumatların dövriyyəyə buraxılmasının və ictimai rəyə təsir cəhdlərinin qarşısını almaq məqsədilə Hakimlər Komitəsinin klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazır olduğu vurğulanıb.

Qurum bu məqsədlə "Neftçi" PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət etdiyini, təqdim olunan epizodların detallı təhlilinin aparılacağını və mövcud sualların cavablandırılacağını bəyan edib.

Sonda AFFA bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırıb.

Xatırladaq ki, "Nefçi"nin qapısına son turda "Şamaxı" ilə oyunun son saniyəsində mübahsəli penalti təyin edilib və Bakı komandası bu səbəbdən matçdan 2-2 hesablı bərabəriklə ayrılıb. Bundan sonra Bakı klubunn baş məşqçis  "Biriləri bizim ayağa qalxmağımız sanki imkan verrmir", - deyə açıqlamalar verib.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri