Icma.az
close
up
RU
“Neftçi” növbəti 1:5 dən qaçmaq üçün nə etməlidi? yollar da var, adlar da!

“Neftçi” növbəti 1:5 dən qaçmaq üçün nə etməlidi? yollar da var, adlar da!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Dörd gün aralığına planlaşdırılan iki Azərbaycan derbisindən birinin nəticəsi bəllidi. “Qarabağ” səfərdə “Neftçi” darmadağın etdi – 5:1. Aprelin 30-da ölkənin ən titullu iki komandası yenə eyni stadionda, amma bir saat gec üz-üzə gələcək. Avrokuboklara vəsiqə inadından əl çəkməyən “Neftçi” qarşıdakı oyunda nə etməlidi ki, azarkeşlərini bu qədər üzməsin?

Vitali Vernidub komandadaxili problemlər olduğunu gizlədə bilmədi. Bəlkə problem çoxdan var idi, sadəcə, Vitali atası qədər peşəkar olmadığı, media önündə necə manevr etmək lazım olduğunu bilmədiyi üçün sətiraltı da olsa, vəziyyəti izah etdi.
“Neftçi” futbolçuları fərdi şəkildə ukraynalı gənc məşqçinin dediyi qədər də “Qarabağ”dan keyfiyyət baxımdan geri qalmır. Sistem də oturub. Yəni heç kim 5:1 hesabını gözləmirdi.
“Neftçi”nin oyun üslubu ilə bağlı ən böyük səhv pressinqə hədsiz həvəs göstərmək idi. “Neftçi” “Qəbələ”yə, “Araz-Naxçıvan”a qarşı necə oynadısa, eyni üslubu “Qarabağ”la oyunda sərgilədi. Heç Avropadakı hər komanda “köhlən atlar”a qarşı bu planla çıxmağa sürət etmirdi. “Neftçi” etdi, cəzasını da artıqlamasıyla aldı. İlk dəyişməli olan gediş budu. Geridən, rəqibi özünə çəkib sürətli hücumlar qurmaq lazımdı.
Bir də “ağ-qaralar” indiki “Qarabağ”la açıq futbol oynamağın fəlakətə səbəb ola biləcəyini anlamadılar. Falaye Sako yəqin bu oyunda da olmayacaq. Açığı, oynamasa, yaxşıdı. Komandanın birmənalı şəkildə ən keyfiyyətsiz futbolçusu odu. Müdafiə ilk oyundakı kimi sabit qalsa, yaxşıdı, amma yarımmüdafiədə dəyişikliklər vacibdi. İfenyi Metyu tək idi, çatdırmırdı. Ya Elvin Camalov, ya da Emin Mahmudov o mövqedə Metyuya kömək etməlidi. Son oyunda Emin də, Emil Səfərov da hücumameyilli oyun nümayiş etdirirdi.
Bassala Sambu hazırdısa, oynaya bilər. Nə qədər də hücumçusuz oyun taktikası özünü ən yaxşı tərəfdən göstərsə də, bu “Qarabağ”dı. Kevin Medina və Bədavi Hüseynov kimi təcrübəlilərin yer aldığı müdafiə xəttini yarmaq asan məsələ deyil.
“Neftçi” bu oyunda 3 xal qazansa, 4-cü pilləyə yüksələcək. Bakılılara ən azı bir xal lazımdı. Hər kəsin gözlədiyi iki oyundan bakılılar bir xal belə qazanmasa, bu, futbolçulara da psixoloji cəhətdən təsir edəcək, azarkeşlərin də təzyiqi birəbeş artacaq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri