Icma.az
close
up
RU
Neftçi olmaq istəyən şagird imtahanda 400 bal topladı REPORTAJ

Neftçi olmaq istəyən şagird imtahanda 400 bal topladı REPORTAJ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Neftçala, 20 iyun, İsmayıl Cəfərli, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin iyunun 1-də keçirdiyi imtahanda I ixtisas qrupu üzrə iki nəfər ən yüksək - 400 bal toplayıb. Bu iki nəfərdən biri Neftçalanın Bankə qəsəbəsində yaşayan Mirağa İxtiyar oğlu Əliyevdir.

AZƏRTAC xəbər verir ki, ailədə iki bacı, bir qardaş olan Mirağa neftçi olmaq arzusuna çatmaq üçün daim öz üzərində çalışıb. O, Bankə qəsəbəsi Səməd Vurğun adına 2 saylı tam orta məktəbin məzunudur. Mirağa elə uşaq yaşlarından dəqiq elmlərə maraq göstərib. “Buraxılış imtahanlarında 275, blok imtahanında 400 bal - maksimum nəticə toplamışam. Bu nəticəni yığmaq üçün çox əziyyət çəkmişəm. Axırda da əziyyətimin bəhrəsini gördüm. Dostlarım, ailəm, müəllimlərim də çox sevinirlər. Bu uğura çatmağımda, ilk növbədə, valideynlərimin çox əziyyəti olub. Mənimlə məşğul olublar, məşğələlərə yazdırıblar, oxumağım üçün lazımi şərait yaradıblar. Təbii ki, müəllimlərin də əziyyəti danılmazdır. Fizika-riyaziyyat müəllimi Abdul müəllim mənimlə çox məşğul olub, bu fənləri mənə sevdirib”, - deyə o bildirib.

Mirağa deyir ki, gələcəkdə neft sektoru üzrə oxumaq və çalışmaq arzusundadır: “Gələcəkdə inşallah neft-qaz mühəndisi olmaq arzusundayam. Təhsilimi də Bakı Ali Neft Məktəbində almaq istəyirəm. Bu yolda mənə dəstək olduqlarına görə müəllimlərimə, valideynlərimə təşəkkür edirəm”.

Mirağanın dediyi kimi, onun bu uğurunda müəllimləri qədər valideynlərinin də əməyi var. Anası Sevinc xanımın arzusu Mirağanın gələcəkdə Vətənə layiqli övlad olmasıdır: “Qürurverici hissdir. Bütün valideynlərə arzulayıram ki, uşaqları belə yüksək nəticələr göstərsinlər. Bu qüruru onlar da yaşasınlar. Çox gözəl hissdir. Mirağaya gələcək həyatında daha böyük uğurlar arzulayıram”.

400 bal toplayan Mirağa Əliyev boş vaxtlarında güləşlə məşğul olmağı, şahmat oynamağı və kitab oxumağı çox sevir. Deyir ki, çəkilən zəhmət heç vaxt yerdə qalmır. Mirağa ali məktəbi bitirəndən sonra təhsilini xaricdə davam etdirmək, sonra isə ölkəmizə qayıdaraq bir mütəxəssis kimi Vətənə xidmət etmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri