Neftçi Ramil Şeydayev və Aleks Fernandesin adını sifariş ərizəsinə salmadı SON DƏQİQƏ
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Nefçi" Misli Premyer Liqasının 2025/26-cı il mövsümü üçün PFL-ə sifariş ərizəsini göndərib. Sportal.az xəbər verir ki, bir neçə futbolçu bu siyahıda yer almayıb.
Kənarda qalan futbolçulardan biri Ramil Şeydayevdir. Artıq heç kimə sirr deyil ki, Samir Abasov onu sərəncamında görmək istəmir. Amma Şeydayev ayrılıq qarşılığında yüksək təzminat istəyir. Məhz bu məqam çətinliyə çevrilib. Lakin hücumçunun adının iştirak ərizəsinə salınmaması düşünməyə əsas verir. Ola bilər ki, tərəflər ortaq məxrəcə gəliblər.
Şeydayev kimi Aleks Fernandes də iştirak ərizəsində yoxdur. Belə başa düşmək olar ki, "Neftçi" onunla da davam etmək niyyətində deyil.
Qeyd edək ki, "Neftçi"nin iştirak ərizəsində 13 legioner yer alıb. Xatırladaq ki, 12-ci legionerə qədər rüsum 5-10 min manat arası dəyişirsə, 13-cü legionerə görə rüsum haqqı 100 min manat təşkil edir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 Avqust 2025 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















