Icma.az
close
up
RU
“Neftçi” rəhbərliyi kimi gözləyir? Onunla müqaviləni uzatmaq lazımdır

“Neftçi” rəhbərliyi kimi gözləyir? Onunla müqaviləni uzatmaq lazımdır

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünənə qədər hamı daş atıb başını tuturdu ki, bəs, Ervin Koffinin “Neftçi”də nə işi var?

Onu kluba kim calayıb? Müqaviləsi nə vaxt qurtaracaq, çıxıb getsin.

Fransız müdafiəçi 2023-cü ilin yayından geyindiyi ağ-qara formada həqiqətən də sıradan futbolçu təsiri bağışlayırdı.

Buraxdığı mövqe səhvləri, yol verdiyi texniki xətalar, irəli-geri çatdırmaması ilə azarkeşləri boğaza yığmışdı.

Liqa 1-də oynayasan, Liqa 2-də illər keçirəsən, “Anortosis”in aparıcı futbolçularından sayılasan, indi də belə.

Bir də indiki Koffiyə baxın. Baldır, bal. Bu gün “Neftçi”nin ən fəal, ən faydalı və ən istəkli 2-3 futbolçusundan biridir. “Zirə”ylə matçda qələbə topunu vurdu, “Qarabağ”la oyunda cinahında ağalıq etdi, “Sumqayıt”la qarşılaşmada penaltiyə səbəbkar olan Ağadadaşa topu o ötürdü.

Mustafa Sekdir, bir də Ervin Koffi. Müdafiəni saxlayırlar, əlacları olsa qapıda dayanar, hücumçu mövqeyində oynayarlar. Zalımın balaları yorulmaq bilmir. Mühərrikə qoşulublar elə bil.

Zaman göstərdi ki, problem Koffidə yox, “Neftçi”dəymiş.

Komandanın baş məşqçiləri əlcək kimi dəyişməsi, vahid oyun sisteminin olmaması Ervinin özünü göstərməsini əngəlləyirmiş.

Samir Abasovun gəlişindən sonra “Neftçi”nin canlanması sağ cinah müdafiəçisini elə həvəsləndirib ki, adam nə dayanmaq bilir, nə yorulmaq.

Adam gözlərinə inana bilmir ki, bu, əvvəlki qarabaladır. Hələ yer aldığı cinahda ona kömək edən və başa düşən olsa, gör nə oyun çıxarar.

Ervin “5-li” müdafiədə özünü daha rahat hiss edir. Hücumlara daha çox qoşulmaq imkanı qazanır, çünki Matiasın “sağ”ı sğortalayacağını bilir.

Pultla idarə olunmur, “tərpənmə”, “ora qaçma, burda dayanma” deyən yoxdur. Özünə necə rahatdırsa, hücumlara o şəkildə qoşulur.

O başqa məsələ ki, müqaviləsinin müddətinin başa çatmasına 3 ay qalıb deyə, özünü göstərməyə çalışır. Nə olmasına baxmayaraq, Koffinin keyfiyyıəti göz qabağındadır. Yaxın gələcək üçün düşünülən “Neftçi”də məhz belələrinə ehtiyac var.

Klub rəhbərliyi fikirləşmək üçün çox vaxt itirməsin. Ən qısa zamanda müqavilənin müddətini yeniləsinlər. Futbolçu bir az da “artırsa”, komandanın avrokubok şansı yaxşılaşsa, meneceri “Neftçi”yə “qiymət oxuyacaq”. \\SPORTİNFO.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Fevral 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri