“Neftçi” “Şaxtyor”un yarımmüdafiəçisinə müqavilə təklif etdi İDDİA
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi” “Şaxtyor”un yarımmüdafiəçisi Dmitri Topalovu transfer etməkdə maraqlıdır.
Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, tərəflər hazırda danışıqlar aparırlar. Paytaxt klubunun 27 yaşlı oyunçuya altı aylıq müqavilə təklif etdiyi bildirilir. Topalovun bu müddət ərzində özünü doğrultması halında, ona bir illik müqavilə təklif olunacaq.
“Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub transfer üçün səy göstərir və klub rəhbərliyi ilə bu barədə danışıb. Ukraynalı mütəxəssis ümid edir ki, "Neftçi" istədiyi futbolçunun Ukraynadan ayrılması üçün xüsusi icazəni əldə edə biləcək.
27 yaşlı futbolçu “Şaxtyor”un futbolçusu olsa da, “Mariopol”, “Kolos” və “LNZ Çerkassı” klublarında icarə əsasında oynayıb. Toplaovun "Şaxtyor"la müqavilə müddəti dekabrın 31-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















