Icma.az
close
up
RU
“Neftçi” sıradan çıxdı, dörd vəsiqəyə beş iddaçı qaldı ŞƏRH

“Neftçi” sıradan çıxdı, dörd vəsiqəyə beş iddaçı qaldı ŞƏRH

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Beləliklə, ölkə kubokunun yarımfinalını geridə qoyduq. “Araz-Naxçıvan”ı qəbul edən “Qarabağ” finala adını yazdırdısa, “Sabah” – “Neftçi” cütünün qalibi Masazır təmsilçisi oldu. Bu o deməkdi ki, proqnozlar doğruldu, daha doğrusu, favorit komandalar statusuna layiq çıxışla yadda qaldı.

Yenə də bəzi məqamları xatırlatmaqda, mühüm detallara bir daha toxunmaqda fayda var.
Bilindiyi kimi, ağdamlılar “qırmızı-ağlar”ın meydanından 0:1 hesablı məğlubiyyətlə ayrıldığından Elmar Baxşıyevin komandası finalçı adına namizədlər siyahısından erkən silinməmişdi. Hətta bu komandanın cavab oyununda üstünlüyü qoruyacağını düşünənlər də var idi.
Bəs nə baş verdi? Təbii ki, bu sual ətrafında baş sındıran xeyli azarkeş ola bilər. Lakin bu barədə danışarkən çox vaxt itirməyə dəyməz. Bəli, Muxtar Respublika təmsilçisi ilk qolun vurulduğu ana, yəni 65-ci dəqiqədə qədər hər baxımdan yaxşı oyunsərgilədi. Həm hücum, həm də müdafiə xəttində tutarlı çıxış etməkdən çəkinməyən qonaqlar bəlkə də yalnız bir qolla matçın taleyini öz xeyrinə dəyişə bilərdi. Lakin Qurban Qurbanovun start heyətində yer verdiyi və sonradan meydana buraxdığı futbolçular özünü yaxşı tərəfdən göstərdi.
Ümumiyyətlə, “Qarabağ”ın baş məşqçisinin ilk “11-lik”də şans verdiyi oyunçuların adı mənzərəni ətraflı izah edir. Görünür, Baxşıyevin hələ inkişaf etdirməkdə olduğu komandası “Qarabağ”ın finala uzanan yoluna daş qoymaq iqtidarında deyil. Ağdamlılar isə cəmi 12 dəqiqə ərzində vurduğu üç qolla nə premyer-liqada, nə də ölkə kubokunda rəqib tanımadığını, xüsusilə rəqibin ilk oyunda qazandığı üstünlüyün bir çox hallarda formal olduğunu sübut etdi.
Təbii ki, “Araz-Naxçıvan”a yuxarıdan aşağı baxmaq haqqımız yoxdu. Onsuz da “qırmızı-ağlar” 1/4 finalda “Zirə” ilə oyunlarda müəyyən səviyyəyə çatdığını ortaya qoymuşdu. İş ondadı ki, “qartallar”ı mübarizədən kənarlaşdırmaq “Qarabağ”a “diş göstərmək” həddinə çatmaq deyil. Bunun üçün fors-major hal lazım idi ki, naxçıvanlıların bəxti gətirmədi. Elə “Neftçi”nin də. Bəli, “ağ-qaralar” mövsüm ərzində bəzi hallarda “Sabah”dan daha üstün görünüb. Lakin komanda qeyri-sabitlikdən yaxa qurtara bilmir ki, bilmir.
Etiraf edək ki, Samir Abasovun komandası Masazırda ilk yarıda göstərdiyi oyunda evdə ortaya qoysaydı, indi “Neftçi” haqda başqa cür danışardıq. Sadəcə, bakılılar ötən mövsüm olduğu kimi, bu dəfə də əsas işi son ana saxladı və yenə eyni aqibətlə üzləşdi. Bəs “ağ-qaralar” finala yüksəlsəydi, “köhlən atlar”ın öhdəsindən gəlməkdə çox ciddi problemlərlə üzləşməyəcəkdi? Şübhəsiz! Bəli, bəlkə də xeyirlisi bu idi. Lakin belə düşüncəni əsla stajlı “Neftçi” azarkeşlərinə yaraşdırmaq olmur. Yumşaq dildə desək, “ağ-qaralar” bu “futbol ili”ndə də avrokuboklara nə yollanmağa hazır idi, nə də qadir.
Bəli, varlıq içində yoxluq yaşayan komandanın durumu üzücü görünür. Və Samir Abasov real vəziyyəti “qədər” kimi qiymətləndirməyə davam etdikcə, xaosdan qurtulmaq mümkün olmayacaq. “Sabah” isə istənilən halda futbolçularına təşəkkür etməlidi. Başda Stas Pokatilov və Cesse Sekidika olmaqla! Masazır təmsilçisi məhz oyunçularının keyfiyyəti və fərdi ustalığı sayəsində mərhələ adladı. Heç kim tarixdə ilk dəfə qazanılan uğurun memarının məhz Vasili Berezutski olduğunu isbat edə bilməz!
Beləliklə, avrokuboklara 4 vəsiqəyə 5 iddiaçı qaldı. “Qarabağ” və “Zirə” ilə bağlı məsələ aydındı, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah”dan biri sıradan çıxmalıdı.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri