“Neftçi” “Turan Tovuz” oyununda yanlış hakim qərarları Video
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının 3-cü turunda keçirilmiş "Neftçi" – "Turan Tovuz" matçında baş hakim Əliyar Ağayevin mübahisəli qərarlarına türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnel münasibət bildirib. Sport24.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidməti bununla bağlı videomaterial hazırlayıb.
Bitnel 55-ci dəqiqədə İqor Ribeyroya göstərilən mübahisəli qırmızı vərəqəni, 21-ci dəqiqədə Bassala Sambunun rəqibin müdaxiləsi ilə cərimə meydançasında yerdə qaldığı anda mümkün qayda pozuntusunu və 11-ci dəqiqə İmad Faraja qarşı aşkar kobudluğa rəğmən, hakimlərin heç bir sanksiya tətbiq etmədiyi epizodu dəyərləndirib.
"Neftçi" "Turan Tovuz"la oyundakı hakim səhvlərinə etirazını bildirib. Ötən mövsüm yanlış hakim qərarlarından əziyyət çəkən klub bu mövsüm eyni səhvlərin təkrarlanmağını istəmir. Bununla əlaqədar olaraq "Neftçi"nin AFFA və PFL-ə müraciət ünvanlayacağı da gözlənilir.
Baxış sayı:50
Bu xəbər 02 Sentyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















