Neftçi Türkiyə klubu ilə qarşılaşacaq Çempionlar Liqası
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
QOL.az xəbər verir ki, yarımfinal və final görüşlərindən ibarət olacaq 1-ci təsnifatın püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçirilib.
Püşkün nəticələrinə əsasən, "Neftçi" 4-cü qrupda yarımfinalda Türkiyə “Fomget”i ilə qarşılaşacaq.
Əgər Bakı klubu Ankara təmsilçisini mübarizədən kənarlaşdırarsa, finalda İsrail "Kiryat"ı ilə üz-üzə gələcək. "Neftçi"nin ilk matçı səfərdə olacaq.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də oynanılacaq.

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
24 İyun 2025 14:48
Çempionlar Liqası:
30 Aprel 2025 01:23
Çempionlar Liqası: “Real” “Milan”la qarşılaşacaq YENİLƏNİR
05 Noyabr 2024 09:19
Azərbaycan Premyer Liqası: “Neftçi Zirə” ilə qarşılaşacaq
23 Noyabr 2024 09:16
UEFA Çempionlar Liqası:
04 Mart 2025 12:38

