“Neftçi” Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi”nin 17 yaşadək oğlanlardan ibarət komandası Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək.
“Report” Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda fevralın 8-də qardaş ölkəyə yollanacaq.
Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun yetirmələri Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaqlar.
Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.
Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri fevralın 9 və 15 aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.
Bu mövzuda digər xəbərlər:“Neftçi” Türkiyədə məğlub oldu
12 Sentyabr 2026 21:23
“Neftçi” Türkiyədə növbəti sınağına çıxacaq
02 May 2026 13:14
“Neftçi”dən ayrıldı TÜRKİYƏDƏ OYNAYACAQ
29 Avqust 2026 09:49
“Neftçi” növbəti matçını keçirəcək
10 İyul 2026 10:48
Neftçi yoxlama matçı keçirəcək
01 Oktyabr 2026 15:40
Baxış sayı:156
Bu xəbər 21 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















