Icma.az
close
up
RU
Neftçi TV internet üzərindən yayımı davam etdirəcək YENİLƏNİB

Neftçi TV internet üzərindən yayımı davam etdirəcək YENİLƏNİB

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Neftçi TV" internet üzərindən yayımı davam etdirəcək.

Bu barədə  paytaxt klubunun mətbuat katibi Asəf Zeynallı məlumat verib.

Klub rəsmisi televeziyanın avadanlığının və texniki təchizatının yenilənmə prosesinin aparıldığını söyləyib:

"Neftçi TV"nin yeni ofisə – "Palms Sports" Futbol Mərkəzinə köçməsi ilə əlaqədar klub televiziyasının avadanlığının və texniki təchizatının yenilənməsi və köçürülməsi prosesi hazırda davam edir. Davamlı yayım vermək mümkün olmadığı üçün müraciətimizlə lisenziya ləğv olunmuşdu, amma bütün bu optimallaşdırma işləri aparılandan sonra lisenziyaya görə yenidən müraciət edilməsi gündəmdədir.

Bununla belə, onsuz da yayımlar yutub kanalı üzərindən davam edirdi. Diqqət yetirirsinizsə, biz əvəzedici və akademiya komandalarımızın, eləcə də qadınlardan ibarət komandamızın oyunlarını yayımlayırıq. Yəni televiziyanın fəaliyyəti yutub üzərindən davam edir. "Palms Sports" Futbol Mərkəzindəki binamızda yeni studiyanın qurulması üzərində hazırda iş gedir. Qısa müddət ərzində bu işlər bitəcək. Klubun televiziyasının yenidən sabit yayıma keçməsi və yeni layihələrin hazırlanması gündəmdədir".

A.Zeynallı ehtiyac yaransa, gündəlik yayım sisteminə keçiləcəyini bildirib:

"Görsək ki, ehtiyac var, minimum 6 saatlıq gündəlik yayım sisteminə keçə bilərik. Hələlik yutub üzərindən klub televiziyasının fəaliyyətini qənaətbəxş hesab edirik və hələ ki, belə davam edəcəyik. Bir daha bildiririk ki, texniki cəhətdən studiya qururuq, yeni avadanlıqların alınması prosesi gedir. Bundan əlavə, əsas komandanın oyunundan əvvəl və sonra "Oyun günü" buraxılışı gedir, həmçinin mətbuat konfransları canlı yayımlanır. Yəni bu proses dayanmayıb, sadəcə, əvvəlki 6 saatlıq yayımda istifadə olunan materialların çoxu köhnə kontent, təkrarlar idi. İndi daha çox yeni kontentlər və yeni canlı yayımlar üzərində işləməyi planlaşdırırıq. Bunun üçün də studiyanın qurulması və avadanlıqların təkmilləşdirilməsi şərtdir. Bu, müəyyən vaxt alacaq. Amma işlər bitəndən sonra yenidən lisenziya ilə bağlı müraciət etməyi düşünürük".

Qeyd edək ki, Audiovizual Şura"Neftçi TV" üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

13:59

Xəbər verdiyimiz kimi, bu gün Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, iclasda “Neftçi TV” kanalının fəaliyyəti müzakirə olunub.

Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən “Neftçi TV” kanalı ilə bağlı Audiovizual Şura tərəfindən “Neftçi Media” MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub.

Nəticədə “Neftçi Media” MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib.

Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura “Neftçi TV” kanalı üçün “Neftçi Media” MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri