Neftçi üzərində layiqli qələbə qazandıq
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sabah" Azərbaycan Basketbol Liqasının XVI turunda "Neftçi" üzərində layiqli qələbə qazanıb. Sport24.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis oyuna nəzarət etdiklərini söyləyib:
"Oyuna bir qədər ehtiyatsız başladıq. Lakin sonradan gedişatı öz xeyrimizə dəyişməyi bacardıq. Ümumilikdə oyuna nəzarət bizdə idi. Bəzi epizodlarda oyunçularımızın verdiyi qərarlardan razı qalmasam da, əzmkarlığı və müdafiədəki oyunu bəyəndim. Xüsusilə dördüncü periodda oyunumuz yaxşı alındı. Düşünürəm ki, layiqli qələbə qazandıq".
Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 98:79 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 08 Fevral 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















