Icma.az
close
up
RU
“Neftçi” və “Fənərbağça”nın oxşar taleləri İdman və Biz

“Neftçi” və “Fənərbağça”nın oxşar taleləri İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Fənərbağça”nın Avropa Liqasında “AZ Alkmaar”a məğlub olması (1:3), ertəsi gün də “Neftçi”nin hesabda iki top fərqilə irəlidə olmasına baxmayaraq, “Şamaxı” ilə heç-heçə etməsindən (2:2) sonra bu mövzuda yazmaq qərarına gəldim. Bu iki klubun azarkeşlərinin son illərdə yaşadıqları, hiss etdikləri oxşardır axı...

“Neftçi” ağ-qara rənglərinə görə Türkiyədə “Beşiktaş”a daha yaxın olsa da, nəticələrinə görə “Fənər”lə eyni taleni bölüşür. Hər ikisi tarixinə, büdcəsinə, azarkeş sayına görə ölkələrində birincilərdəndir, meydandakı göstəricilər isə məyusluqdan başqa bir şey deyil.

Son 11 mövsümdə cəmi bir dəfə Azərbaycan çempionluğunu qazanan “Neftçi” bu müddətdə beş dəfə də heç ilk üçlüyə düşə bilməyib. On ildir çempionluğa həsrət “Fənərbağça” arada çempiondan iki-üç xal geri qalsa və ötən mövsüm hətta 99 xal toplasa da, zirvəni fəth etmək heç cür alınmır.

Avropada da işləri ürəkaçan deyil. “Fənərbağça” ən yaxşı halda ötən mövsüm avrokuboklardan ən zəifi olan Konfrans Liqasında dörddəbir finala çıxıb, gələcək qalib “Olimpiakos”a qanqaraldıcı şəkildə məğlub olmuşdu (2:3, 1:0, pen. 2:3). İndi də Avropa Liqasında dörd turdan sonra 5 xalla 21-ci yerdədir. Müqayisə üçün xatırladaq ki, “Qalatasaray” burada 10 xalla 3-cü, “Beşiktaş” 6 xalla 18-ci, “Neftçi”nin əsas rəqibi “Qarabağ” isə 3 xalla 29-cudur.
“Neftçi”nin beynəlxalq arenadakı macəralarından isə danışmağına dəyməz. İlk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan klubu olsa da, 2012/13 Avropa Liqasındakı uğurdan sonra cəmi iki dəfə pley-offda oynayıb, amma hər ikisində uduzaraq, nə 2014/15 Avropa Liqası, nə də 2021/22 Konfrans Liqasına çıxa bilib.

Son on ildə “Neftçi”də on dəfədən çox məşqçi dəyişikliyi olub. Axırıncı altı mövsümdə də beş əcnəbi gəlib, nə italiyalı Roberto Bordin, nə rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu, nə monteneqrolu Miodraq Bojoviç, nə də ukraynalı Roman Qriqorçuk ümidləri doğruldub.
Bu müddətdə “Fənərbağça”da niderlandlılar Dik Advokaat, Fillip Koku və Ervin Kuman, həmçinin portuqaliyalılar Vitor Pereira (iki dəfə) və Jorje Jesus kimi məşqçilərin bacarmadığını indi də həmyerliləri Joze Mourinyo etməyə çalışır. Amma onun da işləri yaxşı getmir. Çempionlar Liqasına çıxa bilməyib, debidə evdə “Qalatasaray”a uduzub (1:3), son altı oyunda da cəmi iki qələbə qazanıblar, üstəlik qırmızı vərəqə də alıb. İndi də Mourinyonun “Nyukasl”a gedəcəyi ilə bağlı şayiələr gəzir.

“Fənərbağça” onu sonuncu dəfə çempion edən Ersun Yanalı 2018-ci ilin dekabrında yenidən baş məşqçi vəzifəsinə gətirmiş, onunla 2018/19 mövsümündə 6-cı yeri tutmuş, 2020-ci ilin martında da yola salmışdı.
İndi də “Neftçi” 2021-ci ildə onu Azərbycan çempionu edən Samir Abasovun ümidinə qalıb. O da gələndən sonra dörd oyunda cəmi bir qələbə əldə olunub. Əlbəttə üç-dörd həftə fikir bildirmək üçün hələ tezdir. Abasovun “Neftçi”ni bataqlıqdan çıxara bilib-biməyəcəyini zaman göstərəcək.

Rasim
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri