“Neftçi” və “Kəpəz”in sabiq hücumçusu iki ildən sonra meydana qayıdır
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan azarkeşlərinə tanış olan futbolçu yenidən futbola dönür. Sport24.az xəbər verir ki, "Neftçi" və "Kəpəz"in sabiq hücumçusu Dario Frederiko Braziliyada çıxış etdiyi "Mariliya" klubuna qayıdır.
D Seriyasında çıxış edən klubun rəhbərliyi 34 yaşlı forvardın 1 dekabrda komandaya qoşularaq hazırlıq prosesinə başlayacağını təsdiqləyib.
Dario axil dabanı vətərindəki zədə səbəbindən iki ildir rəsmi oyunda iştirak etmir. Razılaşmaya əsasən, braziliyalı futbolçu əvvəlcə komanda ilə birgə məşqlərdə iştirak edəcək. Əgər tam bərpa olunsa və baş məşqçi Rikardo Kostanın planlarına uyğun gələrsə, onunla rəsmi müqavilə imzalanacaq.
Sonuncu dəfə Dario 2023-cü ilin dekabrında Hindistan təmsilçisi "Rajasthan United"in heyətində meydana çıxıb.
Karyerası ərzində Portuqaliya, Azərbaycan, Cənubi Koreya, Latviya, Vyetnam, Tanzaniya və Hindistan kimi ölkələrdə forma geyinən təcrübəli oyunçu "Kəpəz"dəki çıxışı ilə Azərbaycan azarkeşlərinin yaddaşında qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















