Neftçi xal itirdi, Zirə qalib gəldi
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ilk matçında "Sabah" öz meydanında "Zirə"ni 3 cavabsız qolla məğlub edib. Bu qələbə ilə xallarını 14-ə çatdıran "bayquşlar" 3-cü pilləyə yüksəlib. "Zirə" 13 xalla altıncıdır.
Digər matçda isə "Neftçi" evdə "Araz-Naxçıvan"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2. Bu nəticədən sonra Naxçıvan təmsilçisi 15 xalla 2-ci, Bakı klubu isə 9 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"a 2:1, "Kəpəz" "Şamaxı"ya, "Sumqayıt" "Karvan-Yevlax"a 4:1 hesabı ilə qalib gəlib, "İmişli" - "Qəbələ" matçında isə bərabərlik qeydə alınıb - 2:2.
Baxış sayı:130
Bu xəbər 19 Oktyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















