Neftçi yə qalib gəldilər, Belarus futbolunda ilkə imza atdılar
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Minsk "Dinamo"su avrokuboklarda Belarus futbolu adına nadir uğurlardan birinə imza atıb.
QOL.az bu barədə Belarusun football.by saytına istinadən xəbər verir. Komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib. Aleksandr Şaqoykonun baş məşqçisi olduğu kollektiv görüşün 2-ci və 8-ci dəqiqələrində iki top buraxaraq 0:2 hesabı ilə geriyə düşsə də, yekunda qələbə qazanmağı bacarıb.
Beləliklə, Minsk təmsilçisi avrokubok matçında ilk 10 dəqiqədə iki top geri düşməsinə baxmayaraq, qalib gələn ilk Belarus klubu olub.
Buna qədər Belarusun daha üç klubu avrokuboklarda ilk 10 dəqiqədə iki qol buraxmışdı. Lakin "Dnepr" (Moqilyov) 1995-ci ildə "Kann"la 2:2 hesablı heç-heçə edib, "Minsk" 2013-cü ildə "Standard"a 1:3, BATE isə 2018-ci ildə "Çelsi"yə 1:3 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 İyul 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















