Icma.az
close
up
RU
Neftçi Zirəyə qalib gəldi

Neftçi Zirəyə qalib gəldi

Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, "Neftçi" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xallarını 13-ə çatdıran "Neftçi" 7-ci pilləyə yüksəlib. "Zirə" isə 20 xalla 4-cü yerdə qalıb.

Günün ilk oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”lə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, XIV turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 24-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

seeBaxış sayı:28
embedMənbə:https://teleqraf.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri