“Neftçi”də məqsədim irəliyə getməkdir” Luis Ortis
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Neftçi”nin yeni transferi Luis Ortis klubun mətbuat xidmətinə açıqlama verib.
QOL.az-ın məlumatına görə, o, klubdakı hədəfləri barədə deyib:
“Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır”.
25 yaşlı vinger “Futbolçu kimi 3 əsas xüsusiyyətin hansılardır?” sualını belə cavablandırıb: “Düşünürəm ki, top qəbulu, zərbə və sürətdir”.
Ləqəbinin Luço olduğunu bildirən paraqvaylı hobbisi və kumirindən də söz açıb: “Futboldan savayı, idman yarışlarını və basketbolu sevirəm. Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım”.
Xatırladaq ki, Paraqvayın “Sportivo Ameliano” klubundan icarəyə götürülən Luis Ortis bu gün “Neftçi” ilə 1 illik müqavilə imzalayıb.

