Icma.az
close
up
RU
“Neftçi”də meydanda qaçan 4 5 futbolçu var” Bahadır Nasimov

“Neftçi”də meydanda qaçan 4 5 futbolçu var” Bahadır Nasimov

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Oyuna baxdım. İlk hissədə “Neftçi” yaxşı oynadı. İkinci hissədə isə “Sabah”ın üstünlüyü çox idi. Hətta bir neçə qol imkanlarını da dəyərləndirə bilmədilər”.

Bu sözləri QOL.az-a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Bahadır Nasimov deyib.

Özbəkistanlı hücumçu “Neftçi”nin Azərbaycan kubokunun yarımfinalının “Sabah”la cavab matçı (1:1) haqd fikrilərini bölüşüb. O, kubokda mübarizəni dayandıran keçmiş komandasında futbolçuların tam istəkli olmadığını bildirib: 

“Neftçi”nin futbolçularında həvəssizlik görünür. Komandada özünəinam da yoxdur. Baxırsan ki, 4-5 futbolçu meydanda qaçır, qalanlarının isə istəyi yoxdur. Bilmirəm, niyə oynamaq istəmirlər. Əgər 90 dəqiqə mübarizə apara bilmirlərsə, deməli oyuna hazır deyillər. Oyundan əvvəl futbolçulardan soruşmaq lazımdır ki, meydana çıxmağa, sona qədər oynamağa hazırsanmı? Həm də baş məşqçi özü bilməlidir ki, hansı futbolçu bu oyuna hazırdır, hansı yox”.

B.Nasimov hazırda “Neftçi”də çıxış edən bir çox legionerin klubun səviyyəsinə uyğun olmadığını qeyd edib: “Neftçi”də 3-4 legioner var ki, yaxşı oynayır. Müdafiəçi Yuri Matiasın adını çəkə bilərəm. “Neftçi” futbolçuları ancaq pulu düşünməməlidir. Təəssüf ki, hazırda durum belədir. Amma onlar hansı formanı geyindiklərini fikirləşməlidirlər. Bu, “Neftçi”dir. “Neftçi”nin tarixi olduğunu bilməlidirlər. Turist kimi gəlib getməməlidirlər. Amma gəlib pul qazanıb gedirlər”. 

Hazırda Özbəkistan Premyer Liqa təmsilçisi Səmərqənd “Dinamo”sunda çıxış edən 38 yaşlı forvard əvvəlki "Neftçi"ni görmək istədyini qeyd edib: "Artıq bir neçə ildir ki, "Neftçi"də heç nə alınmır. Mən arzu edirəm ki, növbəti mövsüm "Neftçi" çempionluq və kubok uğrunda mübarizə aparsın. Son illərdə komandada çox dəyişiklik olur. 10-12 futbolçu gəlir, o qədəri də komandadan gedir. Bu halda uğur qazanmaq çətindir. Futbolçular bir müddət birlikdə oynamalıdır ki, komanda kimi formalaşsınlar. Arzu edirəm ki, əvvəlki "Neftçi" geri qayıtsın". 

Ramiq Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri