Icma.az
close
up
RU
Neftçidə milyonlar belə əridilir İnanılmaz faktlar

Neftçidə milyonlar belə əridilir İnanılmaz faktlar

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu mövsüm Azərbaycan Premyer Liqasında ən çox müzakirə edilən klublardan biri də “Neftçi”dir. Ölkənin ən köklü klubu hesab edilən “ağ-qaralar” cari futbol ilində autsayderlər sırasında yer alıb.

8-ci pillədə qərarlaşan paytaxt təmsilçisi sonuncu “Səbail”dən cəmi 5 xal öndədir. Artıq komandanın çempionatdan avrokuboklara vəsiqə qazanmaq şansı möcüzəyə qalıb. “Neftçi”nin indi tək ümidi kubokadır ki, belə vəziyyətdə komandanın titul qazanacağı inandırıcı görünmür. Baş məşqçi Samir Abasov möcüzə yarada bilməsə, “Neftçi” ardıcıl ikinci mövsüm avrokuboklardan kənar qalacaq ki, bu da klubun tarixinə düşəcək növbəti ləkə olacaq.

Bəs “Neftçi”də bu vəziyyət necə yarandı? SOCAR tərəfindən maliyyələşən klubun maliyyə durumu çox nadir hallarda pis olub. Hətta son illərdə “ağ-qaralar”ın büdcəsi “Qarabağ”ı da üstələyib. Təkcə son iki mövsümdə paytaxt təmsilçisinə sponsoru tərəfindən 50-60 milyon manatdan çox vəsait ayrılıb.

Hələ UEFA-dan, digər sponsorlardan gələn vəsaitlər də var ki, onların heç biri Azərbaycan reallığına görə az məbləğ deyil. Bu da, “Neftçi”nin əzəli rəqibi hesab edilən və Avropadakı nəticələri ilə öyünən və milyonlarla avro qazanan Ağdam klubunun büdcəsindən bir xeyli çoxdur.

Son illərdə “Neftçi” bir sıra işbazların əlində oyuncağa çevrilib. Azərbaycanın köklü klubu bir neçə adamın biznes və maxinasiya mərkəzi kimi fəaliyyət göstərir. Artıq məşqçilər, futbolçular, agentlər və funksionerlər kluba pul gözü ilə baxırlar. Son 2 ildə “Neftçi”də 5 baş məşqçi dəyişikliyi edilib. Onların hər biri yüksək məvacib müqabilində gətirilib.

Bir müddət sonra isə uğursuzluqlara səbəbkar kimi böyük təzminat qarşılığında göndəriliblər. Laurentsiu Regekampf, Adrian Mutu, Miodraq Bojoviç və Roman Qriqorçuk kimi məşqçilər “Neftçi”də qısa müddət işləməklə həm özlərinin, həm də agentlərinin, “Neftçi”nin işbaz rəhbərliyinin büdcələrini xeyli zənginləşdiriblər.

Komandaya son 4 mövsümdə 64 futbolçu transfer edilib. 65 oyunçu ilə yollar ayrılıb. Bu isə hər mövsümdə hər iki istiqamət üzrə orta hesabla 16 əməliyyat deməkdir. Bu da futbol adına heç də normal statistika deyil. Çox maraqlıdır ki, göndərilən futbolçuların 80-90%-inin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

Bunların arasında legionerlər üstünlük təşkil edib. Hətta göndərilən oyunçulara kifayət qədər yüksək məbləğdə təzminat da ödənilib. Bu isə xeyli vəsaitin mənimsənilməsinə imkan verən amildir.

Futbolçulara ödənilən maaşlar isə bəzi hallarda “Qarabağ”la müqayisədə xeyli çoxdur. Ancaq belə maliyyə imkanına baxmayaraq, “Neftçi” Ağdam klubu ilə heç cür ayaqlaşa bilmir. Maraqlıdır ki, hazırda ən yüksək maaş alan dörd-beş futbolçunun məvacibi dövlətin klublara ayırdığı 3 milyon manatlıq yardım qədərdir. Daha aydın desək, bu məbləğ “Neftçi”nin turnir cədvəlində qonşusu olan “Kəpəz”in büdcəsindən az qala 2 dəfə çoxdur.

“Neftçi” rəhbərliyində əcnəbilərə böyük sevgi var. Baş məşqçi postuna yerli məşqçinin – Samir Abasovun təyinatı isə sırf futbol ictimaiyyətinin, azarkeşlər və medianın təzyiqi ilə reallaşıb. Hər hansı qınaq olmasaydı, yəqin ki, seçim yenə əcnəbi baş məşqçidən yana olacaqdı.

Bununla belə “Neftçi”dəki mühüm postları əcnəbilər tutur. “Ağ-qaralar”ı hazırda faktiki olaraq baş icraçı direktor Cenk Sümer idarə edir. O, “Beşiktaş”dan paytaxt klubuna transfer olunub. Sümer Bakıya tək gəlməyib. O, özü ilə Cem Kaan Gültekin adlı şəxsi gətirib ki, o da klubun Marketinq departamentinin rəhbəri kimi fəaliyyət göstərir. Onun təyinatını isə yalnız “Linkedin” səhifəsindən öyrənmək mümkün olub. “Neftçi” Cem Kaanla bağlı rəsmi açıqlama verməyib və rəsmi saytda vəzifələr bölməsində onun adı qeyd olunmayıb.

Hətta kluba birillik idman direktoru da gətirdilər. İsveçli Yens Anderssonun “Neftçi”yə nə üçün gəldiyi, niyə getdiyi, ümumiyyətlə bu bir il ərzində nə işlə məşğul olduğu heç kimə məlum deyil. Ancaq bir il ərzində 630 min dollar maaş və gedəndə isə kifayət qədər yüksək məbləğdə təzminat aldığı dəqiqdir.

“Neftçi” rəhbərliyinin yarıtmaz idarəçiliyi komanda və klub daxilində vəziyyəti xeyli gərginləşdirir. Xüsusilə komandanın kapitan Emin Mahmudov və “ağ-qaralar”ın artıq sabiq üzvü olan Qara Qarayevə qarşı qara piar aparıldı. Azərbaycan futbolunda özünə görə tanınan və “Qarabağ”ın uğurlarında pay sahibi olan Qara komandadan hörmətsiz şəkildə, “sən bizə lazım deyilsən”, - deyə göndərildi. Ancaq çox çəkmədi ki, o, klub tapdı və özünü göstərməyə başladı. Təsadüfi deyil ki, Qarayevin yeni komandası “Araz Naxçıvan” Premyer Liqanın zirvəsində qərarlaşıb.

Emin Mahmudovla bağlı da müəmmalı vəziyyət hökm sürür. O, gah kapitan sarğısından məhrum edilir, gah da ehtiyac olsa belə ehtiyatda oturulur. Milli komandanın da lideri olan futbolçuya qarşı sərgilənən əsassız münasibətin nə ilə əlaqədar olduğu isə heç kimə bəlli deyil. Ancaq görünür bu məsələdə dəyişiklik olmayacaq. Bu da tezliklə “Neftçi”nin Mahmudovu da yola salacağı anlamına gəlir.

Bütün bunlar “Neftçi”də sadaladığımız problemlərin, sadəcə kiçik bir hissəsidir. Bəs kimdir müqəssir? Əlbəttə ki, rəhbərlik. “Neftçi” kimi köklü klub böyük maliyyə imkanlarına sahib olmasına rəğmən bu gün çempionatın zirzəmisində var-gəl edir. Amma klubda vəzifə tutan, onlarla futbolçunu gətirən, onlarla futbolçunu yola salan Kamil Məmmədovlar, Zaur Əzizovlar isə toxunulmazdırlar.

Arada isə itirilən dövlətin 100 milyonlarla manatı olur. Buna görə onlardan hesabat tələb edən, məsuliyyətə cəlb edən olacaqmı? Belə görünür ki, yox.

Publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri