Icma.az
close
up
RU
“Neftçi”də yoxlama aparıldı: Böyük yeyinti üzə çıxdı KONKRET

“Neftçi”də yoxlama aparıldı: Böyük yeyinti üzə çıxdı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Yeni mövsümdən “Neftçi”nin SOCAR tərəfindən ayrılan büdcəsi azaldılacaq.

KONKRET.az-ın Publika.az-a istinadən məlumatına görə, bu barədə şirkət araşdırmalardan sonra qərar verib. Paytaxt klubunun əsas maliyyəçisi olan SOCAR əvvəlki mövsümlərin maliyyə hesabatını araşdırıb və nəticədə xoş olmayan məqamlarla üzləşib.

Xüsusilə transfer əməliyyatlarında və təzminatlara xərclənən milyonlar sponsorun diqqətini cəlb edib. Çox sayda futbolçu yüksək xərclər qarşılığında transfer edildikdən qısa müddət (təqribən 6 ay sonra) kompensasiya qarşılığında göndərilib. Bəzən bu xərclər 500 min və 1 milyon manat aralığında dəyişib. Oxşar hallar məşqçi dəyişiklikləri zamanı da yaşanıb.

Uğursuz nəticələrə rəğmən, futbolçulara ödənilən bonus və mükafatlar da SOCAR-ın diqqətini cəlb edib.

Bundan başqa, əlavə xərclərin çoxluğu, böyük büdcəyə rəğmən klubun bazasındakı təmir işlərinin yekunlaşmaması da narahatlıq doğurub. Müxtəlif əməliyyatlar üzrə bağlanan müqavilələrin bahalığı, media və digər qurumlarla əməkdaşlıq anlaşmaları zamanı məbləğlərin kifayət qədər yüksək olması nəzərdən qaçmayıb.

Bütün bu məqamları nəzərə alan SOCAR xərclərin optimallaşdırma siyasətinə uyğun olaraq “Neftçi”nin büdcəsini azaltmağa qərar verib. Bu proses mərhələli şəkildə hər mövsüm davam edəcək. Kluba hazırda hər mövsüm üçün 22 milyon manatdan bir qədər artıq məbləğ ayrılır. 4-5 il ərzində bu 5-10 milyon manata qədər azalacaq.

Bu proses barədə kluba məlumat verilib. Bildirilib ki, “Neftçi” bundan sonra özünü maliyyələşdirməyə keçməlidir. Bu mənada “Beşiktaş”dan gətirilən kadrların təcrübəsindən yararlanmaq tapşırılıb. “Ağ-qaralar”ın son zamanlarda ərəblər də daxil olmaqla bir neçə şirkətlə əməkdaşlığa can atması bu prosesin işartısıdır. Eyni zamanda “Qarabağ” nümunəsindən yararlanmaq və avrokuboklarda uğurlu çıxış edərək UEFA-dan vəsait əldə etmək də tələb olunub.

Məsələ ilə bağlı “Neftçi”nin mövqeyini öyrənməyə cəhd etdik. Amma klub bununla bağlı mövqe bildirməkdən imtina etdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri