Neftçi”dən aldıqları oyunçunu icarəyə verməyəcəklər: “Qarabağ”dan mənə zəng vurmayıblar”
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Kiprin “Pafos” klubunun idman direktoru Kristiano Qiaretta açıqlama verib.
Sportal.az xəbər verir ki, "futbolinfo.az"a danışan klub rəsmisi yeni transferləri olan azərbaycanlı futbolçu Murad Məmmədovun başqa kluba icarəyə veriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:
“Murad Məmmədov mövsüm bitəndə bizim kluba qoşulacaq. Amma onu icarəyə verməyəcəyik. O, klubda qalacaq. Əvvəlcədən də niyyətimiz onun “Pafos”da çıxış etməsi olub”.
Xatırladaq ki, “Neftçi”dən yayda azad agent kimi ayrılacaq Muradın Kiprə yollanacağı çoxdan bəllidir. Bakılılar ona görə yalnız yetişdirmə haqqı alacaq.
“Pafos”un isə onu Latviya “Riqa”sına icarəyə göndərəcəyi barədə xəbərlər var. Hər iki klubun sahibi eyni adam – Roman Dubov olduğundan, bu variantın ortaya çıxması təsadüf deyil.
Qiaretta “Qarabağ”a keçəcəcəyi ilə bağlı xəbərlər dolaşan qapıçıları Cey Qorter mıəsələsinə də münasibət bildirib: “Bu barədə heç bir məlumatım yoxdur. Çünki “Qarabağ”dan kimsə mənə zəng vurmayıb”.
Qorterin “Qarabağ”a keçəcəyi ilə bağlı xəbərləri isə Niderland mətbuatı tirajlayıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 08 May 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















