“Neftçi”dən Ramil Şeydayev və İmad Faraj açıqlaması azarkeşləri təəssüfləndirəcək xəbər
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, “Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb. Dünən səhər saatlarında Polşaya yollanan “ağ-qaralar” axşam Keltse şəhərində məşqə çıxıb.
Maraqlıdı ki, klubun sosial şəbəkə hesablarında həmin məşqdən paylaşılan şəkillərdə iki futbolçu gözə dəymədi. Söhbət Ramil Şeydayevlə İmad Farajdan gedir.
Onların komandayla birgə Polşaya yollanıb-yollanmadığını öyrənmək məqsədilə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hər iki futbolçu komandayla birgə Polşadadı. Sadəcə, Farajın yüngül zədəsi var. Hazırda fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlər edir. Qısa zamanda komanda ilə birgə hazırlığa qatılacaq”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 İyul 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















