“Neftçi”dən reaksiya olana qədər Elvin də bu mövzuda susmağı seçəcək” niyə?
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Sabah”ın sabiq futbolçusu və kapitanı, hazırda “Neftçi”nin şərəfini qoruyan Elvin Camalovla bağlı məlum açıqlaması günlərdi müzakirə olunur.
Camalovun piar və media işləri ilə məşğul olan Azər İsmayıl srağagün qəzetimizin saytına açıqlamasında futbolçunun azarkeşlərə və ictimaiyyətə açıqlama verəcəyini söyləmişdi.
Dünən bir daha Azər bəylə əlaqə saxladıq:
“Elvin Camalov hələlik öz məşqlərinə fokuslanıb. Elvin onu istəyənlərin narahatlığını başa düşür və dəstəyini hiss edir. Yeri gəlmişkən, futbol ictimaiyyətindən pozitiv dəstək alır. Azarkeşlər və futbol mütəxəssisləri Elvinə pozitiv mesajlar yazır və dəstəyini nümayiş etdirir. Onlara görə açıqlama vermək istəyər. Amma sırf futboluna köklənməyi düşünür. Futbolçu bu məsələni klubla birgə həll etməyi düşünür, klubun prosesi hara aparacağını gözləyir. “Neftçi”dən reaksiya olana qədər Elvin də bu mövzuda susmağı seçəcək. Əlavə nəsə olsa, yaxın günlərdə məlumat veriləcək”.
“Neftçi”nin də bu məsələ ilə bağlı mövqeyini öyrənməyi lazım bildik. Görəsən, klubun futbolçusuyla bağlı cavabı olacaqmı? “Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı bizə “cavab olacağı təqdirdə məlumatınız olacaq” dedi.
ƏSƏD SEYİDOV
Baxış sayı:55
Bu xəbər 12 Aprel 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















