Icma.az
close
up
RU
Neftçilər günü münasibətilə Ərazi Partiya Təşkilatında tədbir keçirilib

Neftçilər günü münasibətilə Ərazi Partiya Təşkilatında tədbir keçirilib

Icma.az bildirir, Sia Az portalına istinadən.

20 sentyabr Neftçilər günü münasibətilə Ərazi Partiya Təşkilatında tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan SOCAR üzrə Ərazi Partiya Təşkilatının sədri Ağəli Hüseynov ilk öncə 20 sentyabr Neftçilər günü münasibətilə peşə sahiblərini təbrik edərək onlara uğurlar arzu edib. Ağəli Hüseynov bildirib ki, respublikamızın regionun ən qüdrətlidövlətlərindən birinə çevrilməsində Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olub. 1994-cü il sentyabrın 20-i xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar müstəqil Azərbaycanın dinamik inkişafının əsasını qoydu. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.

YAP Sabunçu rayon Təşkilatının Sədri Araz Xudadanov çıxış edərək bildirib ki, Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında 1994-cü ilin 20 sentyabrında imazalanmış “Əsrin müqaviləsi”nin xüsusi yeri var: “Müasir tariximizin ən önəmli hadisələrini sadalamalı olsaq, onların sırasında Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə möhtəşəm qayıdışını və bu qayıdışın bilavasitə nəticəsi kimi qiymətləndirilməli olan bu neft sazişinin imzalanmasını qeyd etmək yerinə düşər. Çünki Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmamışdan əvvəl də neft sazişi imzalamaq cəhdləri olmuşdu, amma bu cəhdlər nəticə verməmişdi. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik yox idi, Azərbaycan müharibə vəziyyətində idi, həmçinin ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı kənardan təhdid və təzyiqlər də var idi”-deyən, Araz Xudadanov, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail oldu. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu.

YAP Nərimanov rayon Təşkilatının sədri Elçin Quliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının ötən illər ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir.

Mili Məclisin deputatı, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin fərmanı əsasında 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı. Bu Fond neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə toplanan vəsaiti Azərbaycanın hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasına yönəldir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir. Neftçilərin ölkəmizin uğurlu inkişafında çox böyük rolu vardır. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq.

Çıxış edən partiya üzvləri – Əziz Mahmudov, Dadaş Həsənov, Zaur Axundov Yeni Azərbaycan Partiyasının müstəqillik tariximizin ən ağır və keşməkeşli mərhələsinin sınaqlarından keçərək özünü doğrultmasından, ictimai-siyasi mühitdə hakim partiya kimi qalaraq ölkəmizin bütün sahələrinin inkişafına töhfə verəsindən bəhs ediblər.

Çıxışlardan sonra Ərazi Partiya Təşkilatına yeni sədr və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədrliyinə Ziya Rəhimovun, sədr müavinliyinə isə Heydər Kazımovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Ziya Rəhimov, sədr müavini isə Heydər Kazımov seçiliblər. Ərazi Partiya Təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimadı doğrultmağa çalışacaqlarını qeyd ediblər.

Tədbirin sonunda bir qrup neftçiyə diplom və xatirə hədiyyələri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri